
İtaliyalı "Mercedes" pilotu Kimi Antonelli 2026-cı il "Formula-1" dünya çempionatında İspaniya Qran-prisinin qalibi olub.
AVESTA.AZ xəbər verir ki, Madrinq şəhər trasında keçirilən yarışda ikinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. "McLaren"in britaniyalı sürücüsü Lando Norris isə üçüncü olub.
İspaniya Qran-prisi ilk dəfə Madriddə keçirilib. 1991-ci ildən etibarən yarışa Barselonadakı avtodrom ev sahibliyi edib.
Qeyd edək ki, "Ferrari"nin pilotu Lyuis Hemilton əyləc sistemində yaranan problem səbəbindən yarışın 7-ci dövrəsində mübarizəni dayandırıb.
"Formula-1" üzrə növbəti mərhələ sentyabrın 24-26-da Bakıda keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.