Dünən, 23:48 37

Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərdən Qabil Quliyevin ifadəsi ilə davam edib. O, digər təqsirləndirilən İntiqam Kərimovla kafedə tanış olduğunu deyib:

"Rayonda "povestka" (çağırış vərəqi) paylayan işləyirdim. Nəvəmi Zərifə Əliyeva adına göz klinikasının yanındakı bərpa mərkəzinə aparmışdım. Sonra bir kafeyə getdim. İntiqamla orada tanış oldum. Mənə mühafizəçi kimi işlədiyini dedi. Elə inandırıcı və səmimi söhbət edirdi ki, sanki illərin tanışı idik, ona inandım. Buna pul lazım idi. 5000 manat verdim ona. Dedi qaytaracağam, narahat olma. Günlər, aylar keçdi, puldan xəbər çıxmadı. Sonra 350-400 manat qaytardı. Bir gün mənə 2-3 sənəd verdi ki, möhkəm saxla, gəlib səndən götürəcəklər. Zəng gəldi, çıxdım yola, ağ rəngli bir maşın gəldi, sənədləri maşındakı adama verdim. Mən heç bir zərərçəkmişi tanımamışam".

Şahid S.A. təqsirləndirilənlərdən Qabil Quliyevin qohumu olduğunu və digər təqsirləndirilənləri tanımadığını bildirib.

Növbəti proses oktyabrın 16-da saat 16:00-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, "Sabirabad Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində (PHŞ) baş vermiş qanunsuzluqlarla bağlı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girib. Onlar əlilliyin təyin olunmasına əsas verməyən hər hansı bir xəstəlikdən əziyyət çəkməyən şəxslərə əlillik dərəcəsi vermək məqsədilə külli miqdarda rüşvət alıblar. Bu şəxslər faktiki olaraq həkim məsləhət komissiyasında (HMK) müayinədən keçirilməyiblər. Əliyev və digərləri bu məqsədlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "e-tabib" elektron sisteminə bilə-bilə yalan tibbi diaqnoz məlumatlarını daxil edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər. Onlar bu fəaliyyətlər müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlara əsasən, Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvətalma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq (178.1) və yuxarıda göstərilən cinayətlərə kömək etmə (32.5, 308.2; 32.5, 311.3.2, 311.3.3; 32.5, 313) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48 Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Dünən, 23:48 Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı Dünən, 23:48 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür Dünən, 23:48 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır Dünən, 23:48 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Dünən, 23:48 Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Dünən, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Dünən, 22:48 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır Dünən, 22:48 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? Dünən, 22:48 Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib Dünən, 22:48 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Dünən, 21:48 SOCAR neftçiləri təbrik edib Dünən, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Dünən, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Dünən, 21:48 Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Dünən, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Dünən, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Dünən, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Dünən, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Dünən, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Dünən, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Dünən, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Dünən, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Dünən, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Dünən, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Dünən, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Dünən, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Dünən, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Dünən, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Dünən, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Dünən, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Dünən, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Dünən, 17:48 Nizami rayonunda kanalizasiya problemi Dünən, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Dünən, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Dünən, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Dünən, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Dünən, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Dünən, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Dünən, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Dünən, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Dünən, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Dünən, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Dünən, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Dünən, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Dünən, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Dünən, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR