
"24 saatdan az müddətdə nəticə verən və qanunsuz Ermənistan qüvvələrini silahlarını yerə qoymağa məcbur edən, Azərbaycanın bütün əraziləri üzərində suverenliyini bərpa edən antiterror əməliyyatından üç il ötür.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı videomaterialda qeyd olunub.
Bildirilib ki, Qarabağ qələbəsinin davamı olaraq keçirilən antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub.
19 sentyabr 2023-cü ildə Xocavənddəki Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna Ermənistan qüvvələri tərəfindən qoyulmuş minalar partladı. Azərbaycan polisi və mülki şəxslər həlak oldular. Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin əmri ilə Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qanunsuz erməni silahlı qruplarına qarşı antiterror əməliyyatlarına başlamaq üçün düymə basıldı. Qeyd olunub ki, əməliyyatın ilk saatlarında Azərbaycan əsgərləri bütün yolları kəsməyi bacardılar. Bölgəyə bütün istiqamətlərdən giriş-çıxış nəzarət altına alındı. Qaçacaq yeri qalmayan qanunsuz Ermənistan qüvvələri ağ bayraq qaldırdılar. Azərbaycan ordusunun peşəkarcasına, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror əməliyyatında 15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi.
Daha ərtaflı videomaterialda ...
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.