
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə bu klubun formasını geyinib. "İmişli" avqustun 4-də oyunçu ilə vidalaşdığını açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.