
Qaxda yol qəzasında xəsarət alan qadın Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan Gülnarə Cəfərova həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, hadisə bugün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
*** 09:35
Qax rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.