Bu gün, 16:48 65

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü "25 əsas nailiyyət"in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, "8 irimiqyaslı müharibənin nizamlanması" bəndinə Bakı ilə İrəvan arasında əlaqələrin normallaşdırılmasını da daxil edib.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diqqətçəkən məqam odur ki, Tramp siyahıya yazdığı şərhdə hazırkı müddəti üçüncü prezidentlik dönəmi adlandırıb. Xatırladaq ki, rəsmi olaraq Donald Tramp ABŞ-nin 45-ci və 47-ci prezidentidir, yəni bu vəzifəni ikinci dəfə icra edir. Lakin o, 2020-ci il seçkilərində Co Baydenə məğlubiyyətini hələ də qəbul etmir və bu məntiqə əsaslanaraq hazırkı mandatını üçüncü hesab edir. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyası (1951-ci ildə təsdiqlənmiş 22-ci düzəliş) bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edir - Tramp isə bu ifadəni daha çox siyasi gediş kimi işlədir.

"25 əsas nailiyyət"in siyahısına aşağıdakı bəndlər daxil edilib:

1. Ölkə tarixində ən etibarlı qorunan cənub sərhədini təmin edib - iddiaya görə, son 16 ay ərzində ABŞ-yə heç bir qeyri-qanuni miqrant buraxılmayıb.

2. Təhlükəli cinayətkarların - qanunsuz miqrantların ABŞ şəhərlərinin küçələrindən uzaqlaşdırılması üçün Leyken Rayli qanununu imzalayıb.

3. Qətl səviyyəsinin müşahidələr tarixində ən böyük düşüşünə - 1900-cü ildən bəri son 125 ilin ən aşağı göstəricisinə nail olub.

4. Yaşlı amerikalılar üçün bəxşiş, əlavə iş saatları və sosial təminat ödənişlərindən verginin ləğvi də daxil olmaqla, ABŞ tarixində ən böyük vergi endiriminə imza atıb.

5. ABŞ iqtisadiyyatına Çinin illik ÜDM-i ilə müqayisə oluna biləcək məbləğdə - 19.2 trilyon dollar həcmində yeni investisiyaların cəlbi üzrə öhdəlikləri təmin edib.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var

6. İstehsalatı ABŞ ərazisinə qaytarmaq məqsədilə tarixi tariflər tətbiq edib, o cümlədən idxal edilən mis, alüminium və polada 50%, idxal avtomobillərinə isə 25% rüsum qoyub.

7. Seçkilərdən sonra fond bazarı 80 dəfə yeni tarixi maksimumlar müəyyənləşdirib.

8. Hazırda ABŞ-də ölkə tarixinin istənilən dövründən daha çox insan işləyir.

9. ABŞ ordusuna tarixin ən böyük investisiyasını təmin edib - cari ildə 1 trilyon dollar və gələn il üçün nəzərdə tutulan 1,5 trilyon dollar.

10. Axtarışda olan Venesuela diktatoru Nikolas Maduronu ələ keçirərək məsuliyyətə cəlb edib.

11. Tehranın heç vaxt nüvə silahı əldə etməməsinə zəmanət vermək üçün İranın uran zənginləşdirmə potensialını məhv edib.

12. Narkokartellərə qarşı çoxsaylı uğurlu hərbi zərbələr endirib. Nəticədə ABŞ sərhədindən fentanil axını 60% azalıb.

13. 300%, 400%, 500% və 600% qiymət fərqlərini aradan qaldıraraq bir çox reseptli dərmanların dəyərini aşağı salmaq üçün ən əlverişli rejim müqavilələri imzalayıb.

14. "Yaşıl yeni yalan"a son qoyub, energetika sahəsində fövqəladə vəziyyət elan edərək "qaz, körpə, qaz" (Drill, Baby, Drill) prinsipini tətbiq etməyə başlayıb.

15. ABŞ avtomobil sənayesi üçün məhvedici hesab etdiyi elektromobil mandatını və digər "ağılsız" normaları ləğv edib.

16. Amerika ixracı tarixin ən yüksək səviyyəsinə qalxıb - bu il ölkə 2.3 trilyon dollarlıq mal ixracı göstəricisinə doğru irəliləyir.

17. Bütün federal hökumət və özəl sektorda Trampın fikrincə, ayrı-seçkilik xarakteri daşıyan "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) siyasətlərini ləğv edib.

18. Kişilərin qadın idman yarışlarında iştirakına qadağa qoyub.

19. Məktəblərdə transgenderlik ideologiyasını və kritik irq nəzəriyyəsini yasaqlayıb.

20. Hər bir yeni doğulan körpə üçün 8 000 dollardan başlayan, hər bir amerikalı uşaq üçün vergidən azad investisiya hesabları olan "Tramp hesabı"nı işə salıb.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var

21. İlk 12 ay ərzində tarixi sülh sazişləri bağlayaraq 8 müharibəni nizamlayıb, o cümlədən Qəzzadakı müharibəni bitirib. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi də bu bəndə daxildir.

22. Bütün sağ əsirlərin öz ailələrinə qovuşmasına, eləcə də həlak olanların cəsədlərinin qaytarılmasına nail olub.

23. Somali və digər "təhlükəli" regionlar da daxil olmaqla, ABŞ-yə bütün qaçqınların qəbulunu dayandırıb.

24. Vaşinqton, Memfis və Yeni Orleanda qanunun və asayişin bərpası üçün Milli Qvardiyanı səfərbər edib.

25. İngilis dilini Birləşmiş Ştatların rəsmi dili elan edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, onun amerikalı həmkarı Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən, Birgə Bəyannamə imzalanıb, həmçinin ikitərəfli sülh sazişinin mətni paraflanıb. Bununla da regionumuzda uzun illərdir davam edən münaqişəyə son qoyulub və sülh prosesi rəsmən yeni siyasi mərhələyə qədəm qoyub.

Paylaş

Xəbər lenti

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb Bu gün, 16:49 Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir Bu gün, 16:49 Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb Bu gün, 16:48 Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib Bu gün, 16:48 Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var Bu gün, 16:48 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb Bu gün, 16:48 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər? Bu gün, 15:48 "Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı Bu gün, 15:48 Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək Bu gün, 15:48 Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu Bu gün, 15:48 Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb Bu gün, 15:48 Rihannadan ŞOK ETİRAF: "Həyat yoldaşımı sevərək evlənmədim!" Bu gün, 15:48 Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb Bu gün, 15:48 Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Bu gün, 14:48 İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - SİYAHI Bu gün, 14:48 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Bu gün, 14:48 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 14:48 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Bu gün, 14:48 Alim Qasımovla Üzeyir Mehdizadə duet oxudu Bu gün, 14:48 Həkimlər üçün yeni sertifikasiya qaydası: İmtahan verməyənlər nə qədər bal toplamalıdırlar? Bu gün, 14:48 Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər Bu gün, 13:48 "Haber Global": "15-18 min nəfərlik hərbi qrup 24 saatdan az müddətdə təslim olmağa məcbur edildi" Bu gün, 13:48 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır Bu gün, 13:48 Prezidentin köməkçisi Pəncəli Teymurovun ailəsinin toy məclisinə qatıldı - Qol qaldırıb oynadı Bu gün, 13:48 AKTA regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlığını qiymətləndirib Bu gün, 13:48 "Bəy Mamed" hasarladığı həyəti istirahət parkına çevirir Bu gün, 13:48 Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48 Şimşək çaxıb, dolu düşəcək - Bazar gününün havası Bu gün, 12:48 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bu gün, 11:48 Vətən yolunda əbədiləşən ömür Bu gün, 11:48 Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi Bu gün, 11:48 Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb Bu gün, 11:48 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır Bu gün, 11:48 DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi Bu gün, 11:48 Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir Bu gün, 10:48 Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı Bu gün, 10:48 Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb Bu gün, 10:48 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Bu gün, 09:48 Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı Bu gün, 09:48 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR