
Rusiyanın Xalq artisti Filipp Kirkorov mənzilində quraşdırılan daş dekorasiyanın keyfiyyətsiz olması ilə bağlı məhkəmə prosesində qalib gəlib.
AVESTA.AZ xəbər verir ki, Sankt-Peterburq məhkəməsi sənətçinin fərdi sahibkar Georgi Baranovskiyə qarşı qaldırdığı iddianı təmin edib.
Kirkorovun iddiasına əsasən, mənzilində quraşdırılan daş məmulatlarında aradan qaldırılması mümkün olmayan qüsurlar aşkarlanıb. Məmulatlarda çatlar, qopmalar və digər zədələrin olduğu, quraşdırma işlərinin isə müəyyən edilmiş norma və qaydalara ciddi şəkildə zidd aparıldığı bildirilib.
Məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində iddia təmin olunub. Qərara əsasən, cavabdehdən qüsurların aradan qaldırılması üçün 16 milyon rubl, müqavilə üzrə dəbbə pulu kimi 1,5 milyon rubl və cərimə olaraq təxminən 9 milyon rubl tutulacaq.
Bundan əlavə, 163 min 720 rubl dövlət rüsumunun da ödənilməsi qərara alınıb.
Beləliklə, Kirkorovun lehinə tutulacaq ümumi məbləğ 26 milyon rubldan çox təşkil edib ki, bu da təxminən 520 min manata bərabərdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.