Bu gün, 11:48 64

Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub

Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

AVESTA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Bildirilib ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış araşdırmanın nəticələri üzrə toplanmış material üzrə Cəlilabad rayon prokurorluğunda 8 avqust 2019-cu il tarixdə cinayət işi başlanılıb.

İş üzrə aparılmış ibtidai istintaq zamanı çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri icra olunub, lakin görülmüş tədbirlərə baxmayaraq, həmin dövrədək Nadir Məmmədovun olduğu yeri aşkarlamaq mümkün olmadığından, cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə dayandırılıb.

Sonrakı dövrdə Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla davam etdirilən koordinasiyalı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu təsdiqlənib.

İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ələkbərov Ramiz Dadaş oğlu tərəfindən ondan qisas almaq məqsədilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 23 aprel 2019-cu il tarixdə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə əyləşdirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün təxminən saat 22 radələrində avtomobildə əyləşən Nadir Məmmədovu boğaraq qəsdən öldürən Ramiz Ələkbərov törətdiyi cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.

20 sentyabr 2026-cı il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilib.

Ramiz Ələkbərov həmin tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulub və müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə ifadə verərək cinayətin törədilməsini etiraf edib.

Həmçinin Ramiz Ələkbərovun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, onun əyani olaraq göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Orqanları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Paylaş

Xəbər lenti

"Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48 Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub Bu gün, 11:48 "Aşk-ı Memnu"nun aktyorları həmkarlarının yasına gəlmədi Bu gün, 11:48 Bakıda nəhəng monitor qadının üstünə aşdı Bu gün, 11:48 "Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb Bu gün, 11:48 Azərbaycan XİN Beliz və Maltanı milli günləri münasibətilə təbrik edib Bu gün, 11:48 Vasif Qasımov: "Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək" Bu gün, 11:48 AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq Bu gün, 11:48 Vüqar Bayramov: "Bir tərəfdən sülh deyirlər, digər tərəfdən..." Bu gün, 11:48 Bakıda məşhur doğum evi TƏMİR OLUNACAQ - 2 milyon ayrıldı Bu gün, 11:48 Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... Bu gün, 11:48 Tanınmış iş adamının nəvəsinin güllələdiyi qadının son durumu Bu gün, 11:48 21 sentyabr Beynəlxalq Sülh günüdür Bu gün, 10:48 FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb Bu gün, 10:48 Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılış mərasimi keçirilir Bu gün, 10:48 Sabirabadda bir ailə qəzaya düşdü Bu gün, 10:48 Lionel Messi karyerasında 930-cu qolunu vurub Bu gün, 10:48 Cəlal Qasımov: "PAŞA Holdinq"də liderliyin inkişafı uzun müddətdir ki, əsas prioritetlərimizdən biri olub" Bu gün, 10:48 Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib Bu gün, 10:48 Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək Bu gün, 10:48 Yasamalda xeyriyyə adı altında dələduzluq edən 70 yaşlı qadın saxlanılıb Bu gün, 10:48 Biləsuvarda "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans keçiriləcək Bu gün, 10:48 Villiam Davila: "Təxminən 60 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb" Bu gün, 10:48 Təmir işləri tələbələrin və sürücülərin gündəlik həyatına necə təsir edir? Bu gün, 09:48 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü Bu gün, 09:48 Bakıda iki rayonunda İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Mərhum xanəndənin övladı atası barədə nələr danışdı? Bu gün, 09:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİB - SƏBƏB açıqlandı Bu gün, 09:48 Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır Bu gün, 09:48 "Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Fermerlər niyə məhsullarını aşağı qiymətə satmağa məcbur qalırlar Bu gün, 09:48 86 yaşlı Xalq artisti: "Hər gün 1 saat yarım idman edirəm" Bu gün, 09:48 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi Bu gün, 09:48 Bakıda 10 otaqlı yaşayış evində YANĞIN Bu gün, 08:48 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" Bu gün, 08:48 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq? Bu gün, 08:48 Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - TƏFƏRRÜAT Bu gün, 08:48 Türk dünyası yeni geosiyasi gücə çevrilir? Bu gün, 08:48 Qan xərçəngindən əziyyət çəkən vətəndaşın təqaüdü dayandırılıb: Səbəb nədir? Bu gün, 08:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - 1 saat keçib Bu gün, 08:48 Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb Bu gün, 00:48 Avstraliyanın sosial media qərarı: "Apple" rəhbəri baş nazirlə görüşdü Dünən, 23:48 Balina insanı diri-diri uda bilər? Alimlərdən təəccüblü açıqlama Dünən, 23:48 Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək? Dünən, 23:48 Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı Dünən, 22:48 Moka Land-da 21–24 sentyabr kampaniyası: 2-ci uşağa 50% endirim Dünən, 22:48 Yaponiyada dünyada ilk: Robotlar üçün xüsusi "təcili yardım" yaradıldı Dünən, 22:48 Tramp Yəməndə husilərə zərbə endirilməsi variantlarını müzakirə edib Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR