
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından AVESTA.AZ-ə verilən məlumata görə, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.
Yeniyetmələr arasında Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke) tatami üzərinə çıxacaqlar. Gənclərin heyətində isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) yer alıb.
Onlar "nage-no-kata" üzrə mübarizə aparacaqlar.
Sentyabrın 26-dan 27-dək keçiriləcək dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.