
Masallı rayonu, İsgəndərli qəsəbəsində Taleh Seyran oğlu Rəsulova məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Füzuli İbrahim oğlu Paşayevə məxsus toyuq kəsimi sahəsində yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.