
Rusiya Ukraynanın enerji, kritik infrastruktur və ərzaq ixracı obyektlərinə zərbə endirməyi dayandırarsa, deeskalasiya istiqamətində cavab addımları atıla bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
Kiyev müharibənin başa çatmasının mümkün yollarını ABŞ Prezidenti Donald Trampla müzakirə edir.
"Ukrayna elə ilk dəqiqədən sülhə can atıb. Biz artıq bu müharibəni ləyaqətlə necə başa çatdırmaq, təhlükəsizliyə zəmanət vermək və Rusiyanın yeni müdaxilələrinin qarşısını almaq barədə onlarla diplomatik təklif irəli sürmüşük. Hazırda Prezident Tramp və ABŞ ilə dialoq aparılır", - o bildirib.
Zelenskinin sözlərinə görə, sülhü yaxınlaşdıra biləcək konkret təkliflər mövcuddur. İlk mərhələ deeskalasiya üzrə qəti tədbirlər olmalıdır.
"Enerji sektoru, kritik infrastruktur və ərzaq ixracımız Rusiya üçün hədəf olmaqdan çıxmalıdır və bu, bizim tərəfimizdən deeskalasiya istiqamətində müvafiq addımlara gətirib çıxaracaq", - Zelenski bildirib.
O vurğulayıb ki, zəruri qərarlar mümkündür və Ukrayna onların üzərində işləməyə hazırdır. Zelenski bu məsələni Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində tərəfdaşları ilə müzakirə etməyə də hazırdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.