
Xalq artisti Mehriban Zəki paytaxdakı tıxacdan şikayətlənib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabındakı paylaşımda yaranmış vəziyyətə üsyan edib.
Aktrisa avtomobildə çəkdiyi görüntünü izləyiciləri ilə bölüşərək uzun müddət eyni yerdə hərəkətsiz qaldığını vurğulayıb:
"1 saat 23 dəqiqə tərpənmədən bir nöqtədə qalmaq... Artıq səbrdən də o yana... Bütün bildiyim, bilmədiyim şeirlər keçdi beynimdən, çıxdı yadımdan...".
Xalq artistinin bu paylaşımı sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Sözügedən paylaşımı təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.