Dünən, 23:48 95

Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB

"Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmada şəhər parklarının çox müxtəlif istiqamətlərdə fərqli funksiyaları meydana çıxır. Bu parklar şəhərin yaşıllıq infrastrukturunu təşkil edir, müxtəlif iaşə xidmətlərinin göstərildiyi ictimai məkanlar şəbəkəsi kimi çıxış edir".

BAKU.WS xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibə zamanı deyib.

Onun sözlərinə görə, insanların sağlamlığının və aktiv həyat tərzinin elementi kimi rolu var. Eyni zamanda, şəhərin ekoloji və iqlim dayanıqlılığı ilə bağlı önəmli funksiyasını yerinə yetirir:

"Son dövrlərdə şəhərsalma nöqteyi-nəzərindən şəhər parklarının xüsusi önəmi onların şəhərin müxtəlif hissələri arasında bağlantı, əlaqələndirmə və müəyyən bir ictimai dəhliz kimi funksiyaları önə çıxır.

Bildiyimiz kimi, Bakı bulvarının tarixi artıq 117 illik bir dövrü əhatə edir. 1909-cu ildə bulvar salındıqda onun ərazisi indikindən dəfələrlə məhdud ərazidə və miqyasda fəaliyyət göstərirdi. Keçən müddət ərzində, növbəti onilliklər ərzində müasir şəhər parklarına xas olan funksiyaların Bakı bulvarında ardıcıllıqla bərqərar olduğunu demək mümkündür. Təbii ki, Bakı bulvarının bugünkü miqyasda, görkəmdə, ictimai funksiyalara uyğun formalaşması müstəqillik illərinə təsadüf edib. İlk olaraq 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Bakı bulvarına milli park statusu verilib və o artıq respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusu əldə edib. Daha sonra ərazinin institusional idarəetməsi ilə bağlı mexanizmlər formalaşdırılıb, müvafiq fərmana uyğun olaraq Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı bulvarına daim xüsusi yanaşması və diqqəti ilə ərazinin genişləndirilməsi, daha da gözəlləşdirilməsi, abadlaşdırılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.

2012-ci ildə mövcud Bakı bulvarı indiki Dövlət Bayrağı Meydanı və Bayıl istiqamətində, Su İdmanı Sarayı istiqamətində, 2015-ci ildə isə indiki Ağ Şəhər bulvarı istiqamətində genişləndirilib. Bakı şəhərinin Baş Planında onun ərazisinin uzadılması ilə bağlı əks olunan planlar tarixinin davamı və şəhərimizdə son illər yaşıllıq sahələrinin artırılması ilə bağlı mövcud yanaşmanın tərkib hissəsidir.

Bu mənada Bakı bulvarının rolu gələcək perspektivdə necə dəyişə bilər? Nəzərə almaq lazımdır ki, Bakı bulvarının yeri və forması da unikaldır. Çünki şəhərin mərkəzində olduqca uzun ərazini əhatə edən bir ictimai məkandır. Bulvar ərazisinin Zığ və Bibiheybət kimi şəhərin kifayət qədər uzaq nöqtələrini birləşdirən bir ictimai məkana çevrilməsi Bakıda bulvarın sadəcə son təyinat nöqtəsi kimi deyil, şəhərin daxilində böyük bir ictimai dəhliz, yaşıllıq zolağına çevrilməsi mənasına gəlir".

Xanlar Ağalarov bunun şəhərin Xəzər dənizi ilə bağlılığı nöqteyi-nəzərdən böyük əhəmiyyəti var:

"Bakının həm tarixi, iqtisadiyyatı, kimliyi də Xəzər dənizi ilə bağlı olub. Xəzər dənizinin sahili boyu bulvarın və bu yaşıllıq zolağının perspektiv olaraq genişləndirilməsi o deməkdir ki, Bakı şəhərinin Xəzər dənizinə olan çıxışı bilavasitə böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək. Bunun həm də ekoloji və iqlim dayanıqlılığı nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti var. Müasir şəhərsalmada mavi və yaşıl infrastruktur su hövzələrinin və yaşıllıq ərazilərinin yanaşı yerləşməsinin ekoloji dayanıqlılığa böyük təsirləri var. Həmin zolağın genişləndirilməsi ərazinin mikroiqliminə, istilik, havanın təmizliyi ilə bağlı göstəricilər, ərazinin biomüxtəlifliyi, insanların yaşıllıq və təbiət ərazilərinə çıxışının daha da asanlaşdırılması kimi məsələlərə öz təsirini göstərəcək.

Son olaraq bir məqamı da vurğulamaq yerinə düşərdi ki, dediyiniz kimi Bakı şəhərinin Baş planında müxtəlif istiqamətlərdə şəhərimizin inkişaf etdirilməsi ilə bağlı prinsiplər və yanaşmalar öz əksini tapır. Buradakı yanaşmalardan biri də şəhərimizin polisentrik inkişaf prinsipinə uyğun olaraq, yəni çox mərkəzli inkişafın dəstəklənməsi ilə gələcək inkişafının təmin edilməsidir. Bununla bağlı təbii ki, şəhərimizin bu istiqamətdə inkişaf etdirilməsi, onun ərazisindəki böyük ictimai məkanlara da eyni təsirini göstərəcək.

Genişlənən Bakı bulvarı yalnız vahid mərkəzdə cəmləşmiş hansısa infrastruktur, xidmətlər vasitəsilə deyil, şəhərin çox böyük ərazisini əhatə edən müxtəlif infrastruktur klasterləri və cəlbetmə nöqtələri vasitəsilə insanlara əlçatanlığı artırmış olacaq. İnsanlar artıq milli parkın və Bakı Bulvarının təqdim etdiyi bu və ya digər xidmətlərə, infrastruktura əlçatanlığı onların uzun məsafə qət etməsi ilə deyil, bilavasitə yaşadıqları ərazilərdən daha yaxından əlçatanlığının təmin edilməsi məsələsini ortaya çıxarır".

Paylaş

Xəbər lenti

Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycan – ABŞ strateji tərəfdaşlığının önəmindən bəhs edib Bu gün, 00:48 Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası Bu gün, 00:48 Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradıldı Dünən, 23:48 Həmidə Ömərova: "Bu üç gün ərzində çox qocaldım" Dünən, 23:48 Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır Dünən, 23:48 Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB Dünən, 23:48 Azərbaycandan Rumıniyaya neft ixracının həcmi təxminən 19 faiz artıb Dünən, 22:48 Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub Dünən, 22:48 Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ Dünən, 22:48 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər Dünən, 22:48 Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə Dünən, 21:48 Banklar debet kartların satışına niyə məhdudiyyət qoyub? - YENİ AÇIQLAMA Dünən, 21:48 Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib Dünən, 21:48 "Sabah"ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı Dünən, 21:48 Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 21:48 Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi Dünən, 20:48 "Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub Dünən, 20:48 Xalq artisti: "11 yaşımda ana oldum, mən böyümədim" Dünən, 20:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı Dünən, 20:48 Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ Dünən, 19:48 Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var Dünən, 19:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər icra olunub Dünən, 19:48 Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb Dünən, 19:48 Bakı-Sumqayıt yolundan istifadə edən sərnişinlər üçün YENİLİK Dünən, 19:48 Bolt for Business Baku Electronics-də yeni Apple məhsullarının satışına dəstək verir Dünən, 19:48 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir Dünən, 19:48 "Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı Dünən, 18:48 Bakıda turist skuterdən yıxılaraq xəsarət alıb Dünən, 18:48 Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib Dünən, 18:48 Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" Dünən, 18:48 Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı Dünən, 18:48 Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı Dünən, 18:48 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Dünən, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Dünən, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Dünən, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Dünən, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Dünən, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Dünən, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Dünən, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Dünən, 17:48 Rauf Arifoğlu: "Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı" Dünən, 17:48 Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Dünən, 17:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib Dünən, 16:48 Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır" Dünən, 16:48 "Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır? Dünən, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb Dünən, 16:48 Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri ELAN EDİLDİ Dünən, 16:48 Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR