
"Atam 59 yaşında dünyasında dəyişmişdi. Anam isə çox faciəli şəkidə vəfat etdi. Onun ən böyük arzusu idi ki, "Xalq artisti" fəxri adını alım. Həmişə deyirdi ki, "Neçə illərdir Əməkdar artistsən, sənə nə vaxt Xalq artisti adını verəcəklər?".
AVESTA.AZ "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "Xəzər axşamı" verilişində deyib. Sənətçi fəxri ada layiq görüldüyü gün yaşadığı faciədən danışıb:
"Anama altsheymer xəsytəliyindən əziyyət çəkirdi. Mən də bu şad xəbəri ona vermək istəyirdim. Hamı təbrik üçün zəng edirdi, amma həmin gün anam itdi. Buzovnada bağda idi, minib avtobusa getmişdi. Onu üç gün axtardıqdan sonra tapdım. Bu üç gün ərzində çox qocaldım və arıqladım. Çünki axtarırsan, bilmirsən ki, sağdır ya yox".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.