
Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb.
Baku TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə deyib.
O bildirib ki, kənddə inşa edilən yaşayış evlərinin hər biri həyətyanı sahə ilə təmin olunub.
"İlkin olaraq 62.5 hektar ərazidə 242 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. İnşa edilən yaşayış evləri köçəcək ailələrin say tərkibinə uyğun olaraq iki, üç, dörd və beşotaqlıdır. Hər bir fərdi yaşayış evi həyətyanı sahə ilə təmin olunub.
Kəndə köçəcək əhalinin gündəlik tələbatlarının ödənilməsi üçün müasir tələblərə cavab verən qeyri-yaşayış obyektlərinin tikintisi də nəzərdə tutulub", - deyə Emil Ağazadə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.