24-09-2026, 17:48 186

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunacaq.

Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil ediləcək. Forumun strateji tərəfdaşı olan "The European House - Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.

Paylaş

Xəbər lenti

10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? Bu gün, 00:48 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu Dünən, 23:48 Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur Dünən, 23:48 Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim" Dünən, 23:48 Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI Dünən, 23:48 Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq Dünən, 22:48 Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar Dünən, 22:48 "Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib Dünən, 22:48 Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar Dünən, 22:48 Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır Dünən, 22:48 "JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB Dünən, 21:48 Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var? Dünən, 21:48 Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər Dünən, 21:48 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu Dünən, 21:48 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur Dünən, 20:48 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı Dünən, 20:48 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb Dünən, 20:48 "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb Dünən, 20:48 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx Dünən, 20:48 Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu Dünən, 20:48 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Dünən, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Dünən, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Dünən, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Dünən, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Dünən, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Dünən, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Dünən, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Dünən, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Dünən, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Dünən, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Dünən, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Dünən, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Dünən, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Dünən, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Dünən, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Dünən, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Dünən, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Dünən, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Dünən, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Dünən, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Dünən, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Dünən, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Dünən, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Dünən, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Dünən, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Dünən, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR