
Trans-Xəzər 20 ildir fəaliyyətdədir. Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, Xəzər dənizi getdikcə regionlar arasında dəniz körpüsünə çevrilməkdədir. Azərbaycan bu ölkələrin hər biri ilə fərdi şəkildə məhz bunu etməyə çalışır. Mərkəzi Asiya bu əməkdaşlığın sütunudur.
"Qazaxıstan özünün yeni quru limanını tikir, Özbəkistan isə öz qury limanını tikib qurtarıb, həmçinin indi Türkmənistan da Çinlə birbaşa dəmir yolu ilə əlaqə qurmaq üçün Özbəkistanla əməkdaşlıq edir. Bütün bu inkişaflar biznes üçün yeni qapılar və imkanlar açır".
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.