
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, finişə birinci çatan pilotun adına aydınlıq gəlib.
"Rodin Motorsport"dan Aleks Dann bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
*** 14:15
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 14:15-də start verilib.
Bu gün ikinci dərəcəli pilotların sprint yarışında "Dams Lukas Oil" komandasından Dino Beqanoviç qalib olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.