
"Çexiyadan Azərbaycana turist axınını artırmaqla yanaşı, inkişaf etmiş sənayeyə və zəngin təkliflərə malik ölkəmizin müxtəlif məhsullarını da Azərbaycan bazarına çıxarmaq mümkündür".
"Alphacheck" şirkətinin rəhbəri Piter Vaburda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu zamanı AVESTA.AZ-ə verdiyi açıqlamada bildirib ki, bu tədbir böyük auditoriya ilə təmas qurmaq baxımından onlar üçün bir ilkdir və artıq ölkədə yerli tərəfdaş əldə ediblər.
O, təmsil etdiyi şirkətin yerli bazar və Azərbaycan üçün yeni layihələr, konkret addımlar hazırladığını vurğulayıb.
Çexiya Respublikasını ölkəmizdə təmsil etməkdən qürur duyduğunu bildirən Vaburda əlavə edib:
"Bənzər əməkdaşlıqların qurulması digər Çexiya şirkətlərinin də bu bazara daxil olması üçün böyük əhəmiyyət kəsb edir. Hər iki dövlət özünəməxsus üstünlüklərə və zəngin imkanlara malikdir, zünki hər birinin bir-birinə təqdim edə biləcəyi geniş potensial var.
Xüsusilə turizm sahəsi Çexiya üçün prioritet yönlərdəndir. Çexiyadan Azərbaycana turist axınını artırmaqla yanaşı, inkişaf etmiş sənayeyə və zəngin təkliflərə malik ölkəmizin müxtəlif məhsullarını da Azərbaycan bazarına çıxarmaq mümkündür".
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.