
Türkiyənin İstanbul şəhərində aparılan genişmiqyaslı "fond araşdırması" çərçivəsində üçüncü əməliyyat keçirilib və "Survivor" yarışması ilə tanınan, Türkiyənin "Adriana Lima"sı adlandırılan Fatmagül Lafçı da daxil olmaqla altı nəfər saxlanılıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Lafçının həyat yoldaşı Kerem Lafçının əməliyyatdan bir gün əvvəl "KL Taahhüt İnşaat A.Ş."dəki səhmlərini Y.D. adlı şəxsə ötürdüyü müəyyənləşdirilib.
Sentyabrın 24-nə olan məlumatlara əsasən, Kerem Lafçının şirkətin İdarə Heyətinin sədri və üzvü vəzifələrinə də xitam verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.