Bu gün, 21:48 118

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsi məsələsi artıq bir müddətdir müzakirə olunur. Türkiyə tərəfi hazırda Azərbaycan və Türkiyə vətəndaşları arasında mövcud olan bu təcrübənin bütün türk dövlətlərinə şamil edilməsinin mümkünlüyünü gündəmə gətirib.

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

Bəs bu sistemin digər türk dövlətlərinə də tətbiq olunması Azərbaycan üçün nə vəd edir və ölkəmizin turizm və iqtisadi əlaqələrinə hansı təsirləri göstərə bilər?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

"Turizmin inkişafı baxımından mühüm imkanlar yarada bilər"

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyevin fikrincə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşları arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin genişləndirilməsi türk dünyasında turizmin inkişafı baxımından mühüm imkanlar yarada bilər: "Hesab edirəm ki, səfər prosedurlarının sadələşdirilməsi ilk növbədə turistlərin hərəkətliliyini artıracaq və qarşılıqlı turist axınının formalaşmasına müsbət təsir göstərəcək. Azərbaycan və Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səfər imkanının artıq mövcud olması bu modelin praktiki əhəmiyyətini göstərən mühüm nümunədir. Bu təcrübənin digər türk dövlətlərinə də mərhələli şəkildə tətbiqi Azərbaycan üçün yeni turizm bazarlarının formalaşmasına, xüsusilə Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ölkəmizə turist axınının artmasına şərait yarada bilər. Bu prosesin turizmlə yanaşı, ticarət, investisiya, biznes, təhsil və mədəni əlaqələrə də müsbət təsir göstərə biləcəyini düşünürəm. Əslində, burada söhbət yalnız viza prosedurlarının sadələşdirilməsindən getmir. Əsas məqsəd türk dövlətləri arasında insanların sərbəst və təhlükəsiz hərəkət imkanlarının genişləndirilməsidir".

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

Ekspert hesab edir ki, Azərbaycanın türk dünyasında turizm əlaqələrinin inkişafında fəal rol oynaması ölkəmizin regional turizm mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edə bilər: "Təbii ki, belə bir sistemin tətbiqi zamanı sərhəd təhlükəsizliyi, sənədlərin qarşılıqlı tanınması və digər hüquqi-texniki məsələlər də vahid yanaşma əsasında tənzimlənməlidir".

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

Zəngəzur dəhlizi Naxçıvan-Türkiyə marşrutunu intensivləşdirəcək

Turizm üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, bu məsələ çoxdan müzakirə olunur: "Hazırda nəqliyyat-logistika layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması strateji əhəmiyyət daşıyır: Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan-Türkiyə marşrutu intensivləşəcək. Digər tərəfdən Xəzər dənizi ilə digər türk dövlətlərinə səyahət imkanları da artacaq". Ekspert bildirir ki, biz onsuz da Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedirik, ancaq digər türk dövlətlərinə də gedilsə, bu, turistik əlaqələrlə yanaşı, siyasi əlaqələrin də genişlənməsinə böyük vüsət verər: "İpək yolu marşrutu" adlı böyük bir konsept hazırlanır. Bu konseptə görə bir paketlə münasib qiymətə müxtəlif ölkələrə səfərlər mümkün olacaq. İstənilən tur marşrut isə Azərbaycandan keçəcək. Bu da iqtisadi töhfəsini verəcək. Bu, ölkəmizin turistik zonaya çevrilməsi, turistlərin cəlbi baxımından əlavə motivasiya verəcək. Bundan əvvəl türklər daha çox Balkan ölkələrinə səfər edirdilər. Hazırda türk dünyası bir-birinə fayda verməyə çalışır".

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

Aviabiletlərin qiymətləri və alternativ nəqliyyat imkanları

İqtisadçı-ekspert Elşən Bağırzadə də hesab edir ki, türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər imkanının genişləndirilməsi, şübhəsiz ki, müsbət addımdır və insanların qarşılıqlı hərəkətini bir qədər də asanlaşdıra bilər: "Nəzərə almaq lazımdır ki, türk dövlətləri arasında hazırda viza rejimi yoxdur və vizasız qalma müddətləri də kifayət qədər genişdir. Buna görə şəxsiyyət vəsiqəsi ilə səfərə keçidin turizm və iqtisadi əlaqələrdə kəskin sıçrayış yaradacağını gözləmək doğru olmaz". E.Bağırzadənin fikrincə, insanların ölkələr arasında hərəkətliliyini yalnız viza və pasport rejimləri müəyyən etmir: "Birbaşa və müntəzəm nəqliyyat əlaqələrinin mövcudluğu, xüsusilə aviabiletlərin qiymətləri və alternativ nəqliyyat imkanları daha mühüm amillərdir. Hazırda türk respublikaları arasında bu istiqamətdə görüləsi xeyli iş var".

Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir?

Ekspertin fikrincə, şəxsiyyət vəsiqəsi ilə səfər rejiminin genişləndirilməsini iqtisadi inteqrasiyanı dəstəkləyən müsbət addım kimi qiymətləndirmək olar: "Lakin onun real iqtisadi effekti nəqliyyat bağlantılarının genişləndirilməsi və səfər xərclərinin aşağı salınması ilə tamamlanmalıdır".

Paylaş

Xəbər lenti

Britaniyada ABŞ aviabazasının yaxınlığında 5 nəfər saxlanılıb Bu gün, 22:48 Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb? Bu gün, 22:48 Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub Bu gün, 22:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Bu gün, 21:48 Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Bu gün, 21:48 Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir? Bu gün, 21:48 18 Aİ ölkəsi qeyri-qanuni miqrasiyaya qarşı birgə plan razılaşdırıb Bu gün, 21:48 Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı Bu gün, 20:48 Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib Bu gün, 20:48 İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq" Bu gün, 20:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib Bu gün, 19:48 Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Bu gün, 19:48 Bakıya gəlmək istəyən erməni tankları Bu gün, 19:48 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq" Bu gün, 19:48 Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb Bu gün, 18:48 UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb Bu gün, 18:48 İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib Bu gün, 18:48 Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Bu gün, 18:48 "44" bədii filminin növbəti tizeri yayımlanıb Bu gün, 17:48 Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə oyunda hesabı bərabərləşdirib Bu gün, 17:48 Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub Bu gün, 17:48 FIA prezidenti: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" Bu gün, 16:48 İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb Bu gün, 16:48 Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Bu gün, 16:48 Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" Bu gün, 16:48 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Bu gün, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Bu gün, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bu gün, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Bu gün, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR