
Türkiyəli komediyaçı Deniz Göktaş sosial media paylaşımlarına görə açılmış cinayət işi üzrə ilk dəfə hakim qarşısına çıxıb. Məhkəmə onun bəzi ittihamlar üzrə cəzalandırılmasına, eyni zamanda azadlığa buraxılmasına qərar verib.
BAKU.WS xəbər verir ki, İstanbulda keçirilən məhkəmə prosesində Göktaş "Prezidenti açıq şəkildə təhqir etmə", "dini dəyərləri alçaltma" və "cinayət və cinayətkarı tərifləmə" ittihamları ilə mühakimə olunub.
Məhkəmə onun "cinayət və cinayətkarı tərifləmə" ittihamı üzrə bəraətinə qərar verib. Digər ittihamlar üzrə isə Göktaşa 11 ay 20 gün və 7 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilib.
Prokuror da məhkəmədə Göktaşın cəzalandırılmasını və həbsdən azad edilməsini tələb edib. Məhkəmənin qərarından sonra o, azadlığa buraxılıb.
İş üzrə hazırlanan ittiham aktında Göktaşın sosial media və səhnə çıxışlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dini mövzularla bağlı ifadələrinin cinayət tərkibi yaratdığı iddia edilmişdi. Sənəddə həmin ifadələrlə bağlı 500-dən çox CİMER müraciətinin daxil olduğu da qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.