
"Pərvanələrin rəqsi" filmində Şahmar obrazı ilə tanınan aktyor Səmimi Fərhad uşaqlıq illərində yaşadığı çətinliklərdən danışıb.
BAKU.WS xəbər verir ki, aktyor bildirib ki, 1992-ci ildə Laçından məcburi köçkün düşdükdən sonra Bakıda ağır şəraitdə böyüyüb və erkən yaşlarından işləməyə məcbur olub.
Səmimi Fərhad qeyd edib ki, sənətçi olmasına baxmayaraq, müxtəlif vaxtlarda fəhlə kimi çalışıb, maşın yuyub, təkər qaraldıb və küçədə "bakkuş" satıb.
Aktyorun sözlərinə görə, məcburi köçkünlərin hamısı Bakıda eyni münasibətlə qarşılanmayıb. O, məktəb illərində "qaçqın" deyə ələ salındığını və 13-14 yaşlarından pul qazanmağın yollarını axtardığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.