Bu gün, 22:48 36

Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib

Ermənistanın Geğarkunik vilayətində yerləşən Ağbulaq kəndinin tarixi, toponimi və əhalisinin etnik tərkibi ilə bağlı XIX-XX əsrlərə aid müxtəlif arxiv sənədləri və yazılı mənbələrdə məlumatlar əks olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz əksini tapıb.

Qeyd olunub ki, XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunub.

Bildirilib ki, çar dövründə kəndin adı "Ağbulaq" "Ağbulax", "Ağ bulaq" formasında, sovet dövründə isə "Ağbulax" şəklində idi.

Kənd bir neçə əsr ərzində Ağbulaq adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı "Ağberk" olaraq dəyişdirilib.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.

1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında bağlanmış Konstantinopol müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının torpaqları kimi tanınıb.

1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarını göstərən "İrəvan əyalətinin icmal dəftəri"ni tərtib ediblər. Bu sənəddə Ağbulaq kəndinin adı qeyd edilir.

Bildirilib ki, XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının16 ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsi təsbit olunub. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində idi.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ağbulaq kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla, 136 nəfər yaşayıb.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1915-ci ilə qədər müxtəlif dövrlərdə kəndin sakinləri yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları olub:

Qafqaz haqqında məlumat toplusunda kənd haqqında məlumatlar bu şəkildədir:

1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 422 nəfər yaşayıb.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

"1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 575 nəfər yaşayıb".

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): "1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 806 nəfər yaşayıb".

1909-cu ilə olan Qafqaz təqvimi: "1906-cı ildə kənddə 940 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".

İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası: "1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla, 940 nəfər yaşayıb".

1912-ci ilə olan Qafqaz təqvimi: "1911-ci ildə kənddə 972 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".

1916-cı ilə olan Qafqaz təqvimi: "1915-ci ildə kənddə 1131 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə - Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Ağbulaq əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqqında məlumat olmayan azsaylı kəndlərdən biridir.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.

1930-cu ildən kənd Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.

Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931): "1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1053 nəfər yaşayıb. 1926-cı ildə kənddə 1229 nəfər yaşayıb, onlardan 1221 nəfəri azərbaycanlı olub. 1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla, 1392 nəfər yaşayıb".

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi: "1959-cu ildə kənddə 1154 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar".

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğətinə əsasən, 1970-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 1563 nəfər yaşayıb, 1989-cu ildə isə bu say 688 nəfər olub.

Bildirilib ki, 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən çıxarılıblar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsi salamat olan onlarla məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəzilərinin üzərindəki yazılar XIX əsrə aiddir.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Paylaş

Xəbər lenti

"Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib Bu gün, 22:48 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB Bu gün, 22:48 Virusoloq qripdən qorunmaq üçün vacib tövsiyələr verdi Bu gün, 22:48 İcra başçısı məmuru qəbiristanlıqda danladı: "Camaatın ağzından vurmayın" Bu gün, 22:48 Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib Bu gün, 22:48 Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri Bu gün, 21:48 "Real"ın hücumçusu Endrik: Futbolçu olmaq çətin deyil Bu gün, 21:48 Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi Bu gün, 21:48 Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi Bu gün, 21:48 Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək Bu gün, 20:48 Yəmən parlamenti husilərə qarşı ümumi səfərbərliklə bağlı müraciəti təsdiqləyib Bu gün, 20:48 Biznes sahiblərinə ŞAD XƏBƏR: 10 illik güzəştlər tətbiq olunur Bu gün, 20:48 Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ Bu gün, 20:48 Naftalan şəhərinə icra başçısı təyin edilib Bu gün, 19:48 Gədəbəy rayonuna icra başçısı təyin olunub Bu gün, 19:48 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Bu gün, 19:48 Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib Bu gün, 19:48 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Bu gün, 19:48 Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik Bu gün, 19:48 Estoniya Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını məhdudlaşdırmaq istəyir Bu gün, 19:48 Tehran masaya yeni plan qoydu: Müharibənin dayandırılması üçün ŞƏRTLƏR Bu gün, 19:48 Azərbaycanda kimlər aylıq müavinət ala bilər? - SİYAHI Bu gün, 19:48 Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olunub Bu gün, 19:48 Meyvə-tərəvəz bazarına yeni nəzarət: BAHALAŞMA olacaq? Bu gün, 18:48 "Şamaxı" klubunun əməkdaşı VƏFAT ETDİ Bu gün, 18:48 Bakıda hazırda hansı yollarda sıxlıq var? Bu gün, 18:48 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Bu gün, 18:48 Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq Bu gün, 18:48 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi Bu gün, 17:48 AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb Bu gün, 17:48 Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər Bu gün, 17:48 Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub Bu gün, 17:48 Aktyor Səmimi Fərhad: "Maşın yumuşam, təkər qaraltmışam, küçədə "bakkuş" satmışam" Bu gün, 17:48 Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI – 1818 nəfər qəbul oldu Bu gün, 17:48 Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bu gün, 17:48 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma Bu gün, 16:48 Deniz Göktaş azadlığa buraxıldı Bu gün, 16:48 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək... Bu gün, 16:48 Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü Bu gün, 16:48 Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB Bu gün, 16:48 Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 16:48 Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı Bu gün, 16:48 Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR