29-09-2026, 08:48 180

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 680 minə yaxınlaşıb. Azərbaycanın avtomobil bazarında Çin markalarının sıçrayışı müşahidə olunur: "Changan"ın sayı 4,3 dəfə, BYD-nin sayı isə 4,8 dəfə artıb. BYD və "Changan" Azərbaycanda sürətlə artır, VAZ-ların sayı isə azalır. Ötən il Azərbaycanın minik avtomobili parkına 91 minə yaxın maşın əlavə olunub - ən böyük artım bu markalarda qeydə alınıb.

Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 min 815 ədəd və ya 5,7% artaraq 1 milyon 676 min 80 ədədə çatıb.

BAKU.WS Marja.az-a istinadla xəbər verir ki, 2024-cü ilin sonunda ölkədə 1 milyon 585 min 265 minik avtomobili qeydə alınmışdı.

Markalar üzrə göstəricilərin təhlili göstərir ki, 2025-ci ildə minik avtomobili parkındakı artım bütün markalar arasında bərabər bölüşməyib. Xüsusilə Çin avtomobil markalarının sayında çox yüksək artım templəri qeydə alınıb. Eyni zamanda, ölkənin avtomobil parkında böyük paya malik bir sıra köhnə VAZ modellərinin sayı azalıb.

Ümumilikdə cədvəldə ayrıca göstərilən markaların 50-də avtomobillərin sayı artıb, 35-də azalıb, bir markada isə dəyişməyib.

"Changan"da rekord artım - bir ildə 29,8 min avtomobil əlavə olunub

2025-ci ilin ən diqqətçəkən göstəricilərindən biri "Changan" markası üzrə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 8 min 950 "Changan" olduğu halda, 2025-ci ilin sonunda onların sayı 38 min 784-ə çatıb. Beləliklə, cəmi bir ildə "Changan" avtomobillərinin sayı 29 min 834 ədəd və ya 333,3% artıb. Başqa sözlə, Azərbaycandakı "Changan" parkı bir il ərzində 4,3 dəfə böyüyüb.

BYD avtomobillərinin sayı təxminən 5 dəfə artıb

Faiz ifadəsində daha böyük sıçrayış BYD markasında müşahidə olunub. 2024-cü ildə 4 min 83 olan BYD avtomobillərinin sayı 2025-ci ildə 19 min 799-a yüksəlib.

Artım 15 min 716 avtomobil və ya 384,9% təşkil edib. Beləliklə, Azərbaycandakı BYD avtomobillərinin sayı bir il ərzində təxminən 4,8 dəfə artıb.

JAC 3,5 dəfədən çox, "Tesla" 2 dəfədən çox artıb

JAC avtomobillərinin sayı 258-dən 916-ya yüksəlib. Bu, 658 avtomobil və ya 255% artım deməkdir.

"Tesla"ların sayı isə 535-dən 1 144-ə çatıb. Bir ildə artım 609 avtomobil və ya 113,8% təşkil edib.

"Dong Feng" avtomobillərinin sayı düz iki dəfə artaraq 557-dən 1 114-ə yüksəlib.

"GAC"da artım 68,3%, "Geely"də 47,1%, "BAIC"də 33,8%, "Haval"da 24,2%, FAW-da isə 22,8% olub.

Bu göstəricilər 2025-ci ildə Çin mənşəli avtomobil markalarının Azərbaycanın avtomobil parkında mövqelərinin sürətlə genişləndiyini göstərir.

"Hyundai", "Toyota" və "KIA"da da güclü artım

Say ifadəsində ən böyük artımlardan biri "Hyundai" markasında qeydə alınıb. "Hyundai" avtomobillərinin sayı 142 min 814-dən 153 min 983-ə yüksələrək 11 min 169 ədəd və ya 7,8% artıb.

"Toyota" avtomobillərinin sayı 115 min 151-dən 124 min 922-yə yüksəlib. Artım 9 min 771 avtomobil və ya 8,5% təşkil edib. "KIA" markalı avtomobillərin sayı isə 97 min 753-dən 106 min 962-yə çatıb. Beləliklə, "KIA" parkı bir ildə 9 min 209 ədəd və ya 9,4% böyüyüb.

"Chevrolet" avtomobillərinin sayı 6 min 964 ədəd və ya 12,7% artaraq 61 min 937-yə, "Ford" avtomobillərinin sayı isə 2 min 806 ədəd və ya 11,4% artaraq 27 min 492-yə çatıb.

"Mercedes" hələ də ən çox olan markadır

2025-ci ilin sonunda Azərbaycanda 222 min 50 "Mercedes" markalı minik avtomobili olub. 2024-cü illə müqayisədə "Mercedes" avtomobillərinin sayı 1 808 ədəd və ya 0,8% artıb.

Bununla da "Mercedes" ölkədə say baxımından ən böyük avtomobil parkına malik ayrıca marka olaraq qalır. BMW avtomobillərinin sayı isə 44 min 584-dən 46 min 904-ə yüksəlib. Artım 2 min 320 avtomobil və ya 5,2% olub.

"Nissan" avtomobillərinin sayı 3,6% artaraq 50 min 227-yə çatıb.

Köhnə VAZ avtomobillərinin sayı sürətlə azalır

Artımla yanaşı, Azərbaycanın avtomobil parkında struktur dəyişikliyini göstərən digər mühüm tendensiya köhnə VAZ modellərinin sayının azalmasıdır.

"VAZ-2101, 03-06" avtomobillərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb. Bir ildə bu kateqoriyada 8 min 194 avtomobil və ya 4,1% azalma qeydə alınıb. Bu, bütün markalar və model qrupları arasında say ifadəsində ən böyük azalmalardan biridir.

"VAZ-2105, 2107 və modifikasiyaları"nın sayı 1 567 ədəd və ya 1,2% azalaraq 124 min 902-yə düşüb.

"VAZ-2108, 2109 və modifikasiyaları"nda azalma 709 avtomobil və ya 2,9%, "VAZ-2102, 2104 və modifikasiyaları"nda isə 261 avtomobil və ya 1,8% olub.

Bunun əksinə olaraq, "VAZ-2121 və modifikasiyaları"nın sayı 129 ədəd və ya 0,4% artaraq 36 min 260-a çatıb.

"Opel"in sayı azalıb

Azərbaycanda geniş yayılan "Opel" avtomobillərinin sayı da aşağı düşüb. 2024-cü ilin sonunda 72 min 44 "Opel" olduğu halda, 2025-ci ilin sonunda onların sayı 71 min 507-yə enib. Azalma 537 avtomobil və ya 0,7% təşkil edib.

"Daewoo" avtomobillərinin sayı 443 ədəd və ya 4,1%, "Renault" 208 ədəd və ya 1,6%, "Volkswagen" isə 164 ədəd və ya 0,6% azalıb.

Bazarın əsas tendensiyası dəyişir

Statistika 2025-ci ildə Azərbaycanın minik avtomobili parkında iki paralel prosesin getdiyini göstərir. Bir tərəfdən "Hyundai", "Toyota", "KIA", "Chevrolet" və BMW kimi artıq böyük avtomobil parkına malik markalar artmaqda davam edib. Digər tərəfdən "Changan", BYD, JAC, "Tesla", "Geely", GAC və digər nisbətən yeni markalarda artım tempi dəfələrlə yüksək olub. Bunun fonunda köhnə VAZ, GAZ, "Daewoo", "Moskviç" və bir sıra digər modellərin sayı tədricən azalır.

Beləliklə, ümumi minik avtomobili parkının 5,7% böyüməsi ilə yanaşı, parkın marka strukturu da sürətlə dəyişir: yeni Asiya, xüsusilə Çin markalarının çəkisi artır, köhnə postsovet avtomobillərinin payı isə azalır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin - minik avtomobilləri, yük avtomobilləri, avtobuslar və motosikletlərin sayı 2 milyona yaxınlaşıb. Xüsusilə hibrid və plaq-in hibrid avtomobillərin sayında kəskin artım qeydə alınıb. 2025-ci ilin sonunda ölkədə nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 978 min 316 ədədə çatıb. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 873 min 405 ədəd təşkil etmişdi. Beləliklə, bir il ərzində nəqliyyat vasitələrinin sayı 104 min 911 ədəd və ya 5,6% artıb.

Avtomobillərin sayı 1 milyon 934 mini keçib

2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1 milyon 934 min 598 ədəd olub. 2024-cü ildə avtomobillərin sayı 1 milyon 833 min 874 ədəd idi. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5,5% böyüyüb.

Minik avtomobillərinin sayı 1 milyon 676 mini ötüb

Minik avtomobillərinin sayı 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib. Beləliklə, minik avtomobillərinin sayı bir ildə 90 min 815 ədəd və ya 5,7% artıb.

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Bu gün, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Bu gün, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Bu gün, 23:48 Atobuslar niyə düzgün park edilmir? Bu gün, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Bu gün, 23:48 Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR