
Öskürəyin kəskin mərhələsində sitrus meyvələri və şirniyyatlardan uzaq durmaq tövsiyə olunur.
AVESTA.AZ xəbər verir ki, bunu pulmonoloq, allerqoloq-immunoloq Pavel Berejanski bildirib.
Onun sözlərinə görə, portağal və naringi tənəffüs yollarının selikli qişasında qıcıqlanmanı və iltihabı artıra bilər. Şəkərli məhsullar isə bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər.
Həkim xəstəlik zamanı toyuq bulyonu içməyi də tövsiyə edib. Bildirib ki, tərkibindəki sistein seliyi durulaşdıraraq bəlğəmin xaric olunmasını asanlaşdıra bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.