
Türkiyədə toylardan birində qəribə hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, İzmirdə gəlinin qızıl taxma mərasimində ona qızıl yerinə "iPhone 18 Pro" taxılıb.
Telefona qırmızı lent bağlanılaraq gəlinin boynundan asılıb. "iPhone 18 Pro"nu görən gəlin həm çox təəccüblənib, həm də çox sevinib.
Məclisdən olan görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Bu kadrlar istifadəçilərdə həm təəccüb, həm də gülüş doğurub.
Sözügedən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.