
"UK Export Finance" Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,623 milyon dollar) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (HAK) 8-ci iclasında bəyan edib.
"Mən sizinlə birlikdə, nazir (Şahbazov - red), hansı layihələrin həyata keçirilə biləcəyini müəyyən etmək istəyirəm ki, biz bu maliyyələşdirməni (5 milyard funt sterlinq - red) işə sala bilək, layihələri reallaşdıraq və burada, Azərbaycanda müvafiq obyektləri inşa edək", - o deyib.
Onun sözlərinə görə, Böyük Britaniya bu imkanlardan Azərbaycanda daha çox layihəni, xüsusilə infrastruktur, təmiz enerji və Orta Dəhlizin inkişafı sahələrində layihələri dəstəkləmək üçün istifadə etmək niyyətindədir.
"Biz həmçinin əks istiqamətdə investisiya axınlarını genişləndirmək istəyirik", - Sarvar əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.