
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
BAKU.WS xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə Fransa təmsilçisi Dalyan Boulemtafeslə qarşılaşıb.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəşid Məmmədəliyev mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Onun növbəti rəqibi italiyalı Leonardo Valeriya olacaq.
Cüdoçumuz bu görüşdə qalib gələrsə, bürünc medal uğrunda mübarizə aparacaq.
***14:19
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
BAKU.WS xəbər verir ki, idmançı 1/8 finalda böyük britaniyalı cüdoçu Etan Nairini məğlub edib.
Qeyd edək ki, R.Məmmədəliyev 1/4 finalda fransalı Dayyan Bulemtapes ilə qarşılaşacaq.
Xatırladaq ki, idmançı 1/16 finalda Castin Lemiri (Kanada) məğlub edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.