
Bakının iri rayon və qəsəbələrinin bir hissəsində, həmçinin Xırdalan qəsəbəsində günlərdir ki su gəlmir.
Bu barədə şikayətlər AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Sakinlərin sözlərinə görə, artıq 3 gündür ki, su verilmir.
Məsələ ilə əlaqədar oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayaraq bildirmişdi ki, magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq, lakin bu cəmi 1 gün çəkəcək.
Açıqlamada oktyabrın 7-də gün ərzində suyun ünvanlara mərhələli formada veriləcəyi qeyd edilmişdi.
Bəs görəsən niyə hələ də bəz ünvanlara su gedib çatmayıb?
Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa işləri ərazinin relyef xüsusiyyətləri ilə əlaqədar olaraq planlaşdırılandan bir neçə saat artıq vaxt aparıb. Təmir işləri dünəndən yekunlaşıb və xəttə su verilib.
"Magistral su xətt böyük əraziləri əhatə etdiyinə görə suyun bütün ünvanlara çatması və hidrovlik sistemlərin bərpası zaman tələb edir. Hazırda əksər ərazilər su ilə təmin olunub. Digər ünvanların da su ilə təminatı yaxın zamanda tam olaraq bərpa ediləcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.