Bu gün, 15:48 94

Azərbaycanda

"Azərbaycan Kredit Bürosu" (AKB) MMC-nin hazırladığə rəqəmsal kredit tarixçəsi platforması olan "Findoc" portalında (Portal) yeni "Stop-Kredit" xidməti istifadəyə verilib.

BAKU.WS bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, yeni xidmət Azərbaycan Mərkəzi Bankının (AMB) bu il iyunun 25-də təsdiqlədiyi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklərə əsasən, məsafədən göstərilən maliyyə xidmətlərində risklərin minimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması üçün vətəndaşlara rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək hüququ tanınması məqsədilə hazırlanıb.

"Stop-Kredit" xidməti vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.

Xidmətdən yararlanmaq üçün vətəndaşların "Findoc" portalına və ya mobil tətbiqinə daxil olaraq şəxsi kabinetləri vasitəsilə müvafiq funksionallıq üzərindən sorğu yerləşdirmələri kifayətdir. AMB-nin qaydalarda etdiyi müvafiq dəyişikliklərə əsasən isə oktyabrın 1-dən etibarən kredit təşkilatları tərəfindən məsafədən kredit rəsmiləşdirilməsindən öncə müvafiq məhdudiyyətin mövcudluğu yoxlanılmalı və yalnız məhdudiyyət olmadığı halda kreditləşmə həyata keçirilməlidir.

"Stop-Kredit" xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və yaxud yenidən aktivləşdirmək imkanına malikdirlər.

Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5% payla 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Unibank" və "Ziraat Bank Azərbaycan" ASC-lərdir.

AKB müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda Büroya qoşulmuş təşkilatların sayı 300-dən artıqdır.

Paylaş

Xəbər lenti

Bakıda maşın qadın və azyaşlını piyada keçidində vurdu - TƏBİB-dən AÇIQLAMA/ANBAAN VİDEO Bu gün, 17:48 Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb Bu gün, 17:48 Azərbaycandan Gürcüstana qiymətli metal keçirmək istədi - "Qırmızı körpü"də saxlanıldılar Bu gün, 17:48 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib Bu gün, 17:48 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış Bu gün, 17:48 MKA: Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur Bu gün, 17:48 Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başlayıb Bu gün, 17:48 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü Bu gün, 17:48 Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Bu gün, 17:48 İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib Bu gün, 17:48 Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb Bu gün, 16:48 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi Bu gün, 16:48 Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi Bu gün, 16:48 Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı Bu gün, 16:48 Estoniya XİN rəhbəri: NATO Rusiyanın Baltik dənizinə çıxışını saatlar ərzində bağlaya bilər Bu gün, 16:48 Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb - ANBAAN VİDEO Bu gün, 16:48 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? Bu gün, 15:48 Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib Bu gün, 15:48 Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb Bu gün, 15:48 Dövlət Statistika Komitəsinə yeni TƏYİNAT - SƏRƏNCAM Bu gün, 15:48 TƏBİB-in informasiya sistemlərində problem yaranıb - RƏSMİ CAVAB Bu gün, 15:48 Məşhur Hindistan aktyoru 75 yaşında vəfat edib Bu gün, 14:48 Lahıcın məşhur balının hazırlanma prosesi – arıçıdan maraqlı açıqlamalar Bu gün, 14:48 Avropa Komissiyası: Qaz və "yaşıl enerji" Aİ və Azərbaycan əməkdaşlığının mərkəzində qalacaq Bu gün, 14:48 Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub Bu gün, 14:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Ağkəndin deportasiya və etnik təmizləmə tarixi Bu gün, 14:48 AİİB Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılmasını təsdiqləyib Bu gün, 14:48 Tovuzda sosial şəbəkələrdə təhqirə görə 7 min manat mənəvi ziyan ödəniləcək Bu gün, 13:48 Binədə qətl törədən şəxsə məhkəmə 16 il 6 ay cəza verdi Bu gün, 13:48 İstanbul Hava Limanı Hitrounu geridə qoydu Bu gün, 13:48 Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb Bu gün, 13:48 Sezen Aksu xəstəxanaya yerləşdirilib – biopsiya olunub Bu gün, 13:48 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib Bu gün, 13:48 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı Bu gün, 13:48 Binəqədi yolundan keçən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - 15:00-dan... Bu gün, 12:48 Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir? Bu gün, 12:48 İstanbulda bina çöküb, ölən var Bu gün, 12:48 Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub Bu gün, 12:48 Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi Bu gün, 12:48 Qazaxıstan üçün yeni kriptovalyuta DÖVRÜ Bu gün, 12:48 Bakıda sürücü təhlükəli vəziyyət yaratdı Bu gün, 12:48 Ağ Şəhərdə yeni yaşayış layihəsi - Deluxe Residence Bu gün, 12:48 Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib Bu gün, 12:48 Yəməndə 184 mindən çox insan evini tərk edib Bu gün, 12:48 Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan gözlənilir Bu gün, 12:48 Noyabrda 11 gün iş olmayacaq Bu gün, 12:48 Tokayev: Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR