8-10-2026, 17:48 194

İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bəyannamədə deyilir:

"Biz, 7–10 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində "İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin və həllərin işlənib hazırlanması" mövzusunda keçirilmiş Beynəlxalq Konfransın iştirakçıları olaraq, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində aşağıdakıları bəyan edirik:

1. 1949-cu il 12 avqust tarixli müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarını və 1977-ci il tarixli Əlavə Protokolları, habelə Birləşmiş Millətlər Təşkilatının itkin düşmüş şəxslərlə bağlı Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutaraq,

2. Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin qeydiyyata alınması və taleyinin müəyyən edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı dövlətlərin öhdəliyini xatırladaraq,

3. Dünyanın müxtəlif bölgələrində aşkar edilən kütləvi məzarlıqların sayının artmasından dərin narahatlıq ifadə edərək,

4. Ailələrin itkin düşmüş yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edərək,

5. İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinin etimadın yaradılması və barışığın təşviqi, habelə davamlı sülhün bərqərar olması baxımından əhəmiyyətini vurğulayaraq,

6. Dövlətlərin beynəlxalq humanitar hüquqa və beynəlxalq insan hüquqları hüququna hörmət etmək və onlara hörməti təmin etmək öhdəliklərini xatırladaraq,

7. İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun bu humanitar məsələyə dair məlumatlılığın artırılmasına və praktiki əməkdaşlığın təşviqinə verdiyi töhfəni nəzərə alaraq,

Aşağıdakılara çağırırıq:

şəxslərin itkin düşməsinin qarşısının alınması, itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin axtarılması və taleyinin müəyyən edilməsi, habelə itkin şəxslərin ailələrinə onların taleyi barədə məlumat verilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq.

Dövlətləri itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi və eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edən bütün mövcud məlumatları, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair məlumatları paylaşmağa çağırırıq.

Vurğulayırıq: İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi cəhətdən əsaslandırılmış şəkildə çıxarılmasının, sənədləşdirilməsinin, eyniləşdirilməsinin və qaytarılmasının, habelə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin və sübutların qorunub saxlanılmasının vacibliyini vurğulayırıq.

Təqdir edirik: Bir sıra ölkələrdə insan qalıqlarının eyniləşdirilməsi və onların ləyaqətli şəkildə dəfn edilməsinin təmin olunması istiqamətində müvafiq dövlət qurumlarının səylərini təqdir edirik.

Təsdiq edirik: Silahlı münaqişə ilə əlaqədar itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin ailələrinin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edirik.

Narahatlığımızı ifadə edirik: Mina və digər partlayıcı sursatların axtarış və insan qalıqlarının çıxarılması üzrə səylərə maneə yarada bilməsindən narahatlığımızı ifadə edirik.

Dəvət edirik: Dövlətləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını ən yaxşı təcrübələrin mübadiləsi və texniki tövsiyələrin təqdim edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertiza və digər yeni yaranan texnologiyalardan istifadə etməklə, itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edirik.

Çağırışımızı ifadə edirik: Həmçinin beynəlxalq təşkilatlara, xüsusilə Birləşmiş Millətlər Təşkilatına, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinin xüsusi olaraq həlli məqsədilə müvafiq mexanizmin yaradılmasına şərait yaratmaqla bağlı çağırışımızı bir daha ifadə edir və bu məqsədlə BMT ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Təqdir edirik: Ailələr üçün cavabların əldə edilməsinə yönəlmiş təcrübə mübadiləsi, etimadın yaradılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsi baxımından getdikcə daha mühüm platformaya çevrilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun fəaliyyətini təqdir edirik.

Minnətdarlığımızı bildiririk: Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün platforma yaradılmasına görə Azərbaycan Respublikasının Əsir, Girov və İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasına minnətdarlığımızı bildiririk".

Paylaş

Xəbər lenti

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR – Mütəxəssislərin tövsiyəsi Bu gün, 00:48 TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ Dünən, 23:48 Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI Dünən, 23:48 Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI Dünən, 23:48 Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu Dünən, 22:48 Hər zaman öz bildiyini edən BÜRCLƏR – Heç kimin sözünə baxmırlar Dünən, 22:48 ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı Dünən, 22:48 İran yeni raket buraxılış qurğusunu nümayiş etdirdi Dünən, 21:48 "Yuventus"dan möhtəşəm qələbə: Rəqibini 4 qolla məğlub etdi Dünən, 21:48 Azərbaycan kinosuna 12 milyon manat ayrılır – Bu vəsait hansı dəyişikliklərə yol açacaq? Dünən, 21:48 İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq Dünən, 20:48 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib Dünən, 20:48 Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir Dünən, 20:48 Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır Dünən, 20:48 Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu Dünən, 20:48 Amerikalı nazir: TRIPP layihəsi regionda iqtisadi və ticari əlaqələrin inkişafına töhfə verəcək Dünən, 20:48 Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq Dünən, 20:48 Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi Dünən, 19:48 Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı Dünən, 19:48 Trampdan miqrasiya ilə bağlı sərt açıqlama: "Açıq sərhədlər ölkələri məhv edir" Dünən, 19:48 Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Dünən, 19:48 Gəncədə "Kəpəz" – "Qarabağ" matçı başladı: Tribunalarda 16 minə yaxın azarkeş var Dünən, 18:48 Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ Dünən, 18:48 Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb Dünən, 18:48 Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü Dünən, 18:48 Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb Dünən, 17:48 "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi Dünən, 17:48 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqlayıb - Təfərrüat Dünən, 17:48 Buz kimi soyuq suda çimmək ÖLÜMCÜL OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ Dünən, 17:48 Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir? Dünən, 17:48 Zelenski: Kiyevdə dron hücumundan sonra 14 nəfərdən xəbər yoxdur Dünən, 16:48 Məşhur turizm bölgəsində güclü yanğın Dünən, 16:48 Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır Dünən, 15:48 Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir Dünən, 15:48 Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub Dünən, 15:48 Paytaxtda sürüşmə təhlükəsi böyüyür: İnsanlar evlərindən köçürülə bilərlər Dünən, 14:48 Gəncədə iki avtomobil toqquşub, iki yeniyetmə xəsarət alıb Dünən, 14:48 Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi Dünən, 14:48 Xərçəngin ən qəddar növünə qarşı effektiv vasitə: Yeni texnologiya nə vəd edir? Dünən, 13:48 Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Dünən, 13:48 Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib Dünən, 13:48 Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasından 104 il ötür Dünən, 13:48 İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib Dünən, 12:48 Azərbaycanın məşhur bəstəkarının bu gün 76 yaşı tamam olur Dünən, 12:48 Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ Dünən, 12:48 Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib Dünən, 12:48 Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib Dünən, 12:48 Qazaxda iki nəfər bıçaqlandı, polis şübhəlini saxladı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR