
Ciddi ağciyər xəstəlikləri uzun müddət öskürək və digər aşkar əlamətlər olmadan inkişaf edə bilər. Bu isə xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.
AVESTA.AZ xəbər verir ki, pulmonoloq Sandeep Nayar bu barədə "Times of India" nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, xroniki obstruktiv ağciyər xəstəliyi, idiopatik ağciyər fibrozu və astma ilkin mərhələdə davamlı yorğunluq, fiziki fəaliyyət zamanı təngnəfəslik, döş qəfəsində sıxılma hissi və səthi nəfəsalma ilə özünü göstərə bilər. Bəzi hallarda ayaqlarda şişkinlik də müşahidə olunur.
Nayar qeyd edib ki, insanlar pilləkən qalxarkən və ya yeriyərkən yaranan təngnəfəsliyi çox vaxt yaş, artıq çəki və ya fiziki hazırlığın zəifliyi ilə əlaqələndirirlər. Halbuki fiziki yüklənməyə dözümlülüyün tədricən azalması ağciyər funksiyasının pisləşməsinin erkən əlaməti ola bilər.
Həkim tövsiyə edib ki, qeyri-adi təngnəfəslik və yorğunluq iki-üç həftə davam edərsə, mütəxəssisə müraciət edilməli və ağciyərlərin funksiyasını qiymətləndirmək üçün spirometriya müayinəsindən keçilməlidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.