
Məşhur müğənni Ajda Pekkan səmimi açıqlamaları ilə diqqət çəkib.
AVESTA.AZ xəbər verir ki, tədbirlərdən birində görüntülənən sənətçi "Tuzlu Kahve" serialına qonaq olmasından danışıb.
80 yaşlı müğənni ekran işinin heyətini çox bəyəndiyini bildirib.
Ajda Pekkan açıqlamaları zamanı, illərin müğənnisi olmasına baxmayaraq yenə də kamera qarşısında həyəcanlandığını vurğulayıb:
"Bir gecə yata bilmədim. Əlbəttə ki, həyəcanlanıram. Bu çox xoş hissdir. Bunu hiss etməyən insana da şübhə ilə baxaram."
Sənətçi onu da qeyd edib ki, bacısı Semiramis Pekkanın övladının xeyir işinə qatıla bilməyib. Buna səbəb onun konserti olub.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.