
Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəb binası tikiləcək.
AVESTA.AZ-in məlumatına görə, layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.
Tikinti üçün ehtimal olunan dəyər 9 milyon 172 min manat təşkil edəcək.
Layihənin reallaşdırılması Hüsülü kəndində təhsil infrastrukturunun genişləndirilməsi, şagirdlərin müasir təhsil şəraiti ilə təmin olunması və məktəbin mövcud təhsil imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.