Bu gün, 14:48 85

Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib

Şəki Xan sarayını 2026-cı ilin ilk 9 ayında 178 minə yaxın turist ziyarət edib. Onlardan 128 mini bilet alaraq saraya daxil olub, təxminən 50 min nəfər isə ödənişsiz giriş əldə edib.

AVESTA.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Şəkiyə mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bilet alaraq Xan sarayını ziyarət edənlərin 45 faizini xarici, 55 faizini isə yerli turistlər təşkil edib. Ağabəyli bildirib ki, bu rəqəmlər bütövlükdə Şəkiyə gələn turistlərin deyil, yalnız Xan sarayına ödənişli giriş edənlərin statistikasını əks etdirir.

Qoruq ərazisində tarixi abidələrin bərpası və yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyində bərpa və təmir-tərtibat işləri yekunlaşıb. Muzeydə 3 mindən çox eksponat mövcuddur və onların təxminən 2 mini ziyarətçilərə nümayiş etdirilir.

Bundan başqa, Şəki şəbəkə emalatxanasında bərpa işləri başa çatdırılıb və məkan muzey kimi fəaliyyətə başlayıb. Emalatxananın ətrafında sənətkarların fəaliyyəti üçün şərait yaradılıb. Şəbəkə ustası Tofiq Rəsulov və onun tələbələri də burada çalışırlar.

Ağabəyli qeyd edib ki, qoruq ərazisində digər turizm məkanlarının yaradılması və tarixi tikililərin bərpası da davam edir. XVIII–XIX əsrlərə aid barıt anbarı kimi tanınan binada sənətkarlıq emalatxanası yaradılıb. Hazırda memarlıq muzeyinin yaradılması, Kiş kəndində tarixi məscidin və Şəkidə tarixi hamamların bərpası istiqamətində işlər aparılır. Qala divarlarının yaxınlığındakı döşəmə hissəsinin də yenilənərək turistlərin istifadəsinə verilməsi planlaşdırılır.

Qoruqların bərpası prosesinin nəzərdə tutulan müddətdən uzun çəkməsinə münasibət bildirən Mərkəzin İdarə Heyətinin sədri bunun əsas səbəblərindən birinin iş zamanı yeni problemlərin üzə çıxması olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bərpa işləri zamanı abidələrin ilkin vəziyyətində görünməyən məqamlar aşkar edilə bilər. Buna görə də işlərin müddəti uzanır. Bununla belə, əsas məqsəd bərpa prosesini sürətləndirməklə yanaşı, bütün qaydalara və prinsiplərə riayət etməkdir.

Ağabəyli yerli mütəxəssislərin sayının azlığının da çətinlik yaratdığını bildirib. O qeyd edib ki, ənənəvi sənətkarlıq nümunələrinin bərpasında həmin sənətin tarixi xüsusiyyətlərini bilən yerli ustaların iştirakı vacibdir.

Sədrin sözlərinə görə, bəzi sənət növləri nəsildən-nəslə ötürüldüyündən onların incəlikləri ustaların təcrübəsində və yaddaşında qorunub saxlanılır. Bu səbəbdən tarixi abidələrin bərpasında müvafiq regionun sənətkarlarına üstünlük verilir.

Paylaş

Xəbər lenti

Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər Bu gün, 16:48 "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Bu gün, 16:48 General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox… Bu gün, 16:48 Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM Bu gün, 16:48 Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib Bu gün, 16:48 Bakıda bu spirtli içkinin saxtası hazırlanırmış... Bu gün, 16:48 Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb Bu gün, 16:48 Roza Zərgərli bu qonşu ölkənin üç şəhərində konsert verdi Bu gün, 16:48 Rusiyalı müğənnidə bədxassəli şiş aşkarlandı Bu gün, 16:48 She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı Bu gün, 16:48 "Leonardo Art School" və "MiniBoss Business School" birgə təhsil proqramı elan etdi Bu gün, 15:48 Bu tarixdən leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Lüks brend mağazalarını talan edib, küçələrdə satırlar Bu gün, 15:48 Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb Bu gün, 15:48 Şəkinin məşhur piti qabları: qədim sənəti yaşadan usta turistlərə dərs keçir Bu gün, 15:48 Rəvan Qarayevin həkim həyat yoldaşı: "Xasiyyətimiz uyğun olmasaydı…" Bu gün, 15:48 İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq Bu gün, 15:48 Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb Bu gün, 15:48 Bu ölkədə komendant saatı tətbiq edildi Bu gün, 14:48 Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib Bu gün, 14:48 Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub Bu gün, 14:48 Eldar Əzizov müşavirə keçirdi: Paytaxtın kommunal xidmətlərinə TAPŞIRIQ VERDİ Bu gün, 14:48 Ceyranbatanda ana və övladını maşın vurub Bu gün, 14:48 Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu Bu gün, 14:48 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq? Bu gün, 14:48 Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib Bu gün, 14:48 Yeni prokuror tanınmış hakimin oğludur Bu gün, 14:48 Yaltada bu səbəbdən fövqəladə vəziyyət elan edildi Bu gün, 14:48 Navai Qazaxıstandan deportasiya edildi: narkotik işi bağlandı Bu gün, 13:48 ARDNF-in investisiya portfelində dolların payı 71 %-ə çatıb Bu gün, 13:48 Kamran Əliyevdən yeni təyinatlar Bu gün, 13:48 Yunanıstanlı turist Şəkidə gördüklərindən danışdı: "Bizi heyran etdi" Bu gün, 13:48 Şəbnəm Tovuzlunun qızı Amerikada universitetə qəbul oldu Bu gün, 13:48 Yeqor Krid Bakıda klip çəkdirdi Bu gün, 13:48 Burak Özçivit Rusiyada fanat izdihamı ilə qarşılaşdı Bu gün, 13:48 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi? Bu gün, 13:48 Əbdül Xalid: "Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm" Bu gün, 13:48 Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ Bu gün, 12:48 Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub Bu gün, 12:48 "Aşk-ı Memnu"nun villasını ziyarət edən Xəyalə Quliyeva: "Xatirələrimə ağlayırdım" Bu gün, 12:48 Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı" Bu gün, 12:48 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir Bu gün, 12:48 Şabranda sel nəticəsində zədələnmiş yol bərpa olunub Bu gün, 12:48 Vüqar Bayramov: "POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır" Bu gün, 12:48 "Mən özüm iki uşaq atasıyam": "Yango" sürücüsü doğuş sancıları başlayan qadını Binə qəsəbəsindən təcili xəstəxanaya çatdırıb Bu gün, 12:48 Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır" Bu gün, 12:48 Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR