
Şəmkir rayonunda avtomobil yollarının təmiri və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərin aparılması planlaşdırılır. Layihə çərçivəsində bir sıra küçə və yaşayış massivlərində təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, təmir işlərini Şəmkir Rayon İcra Hakimiyyəti həyata keçirəcək.
Avtomobil yollarının təmiri işləri üzrə satınalmanın ehtimal olunan dəyəri 1 milyon 809 min 744,76 manat müəyyən edilib.
Təmir işlərinin əhatə edəcəyi ünvanlar arasında Üzeyir Hacıbəyli, Lütfi Zadə, Səttarxan, Şəmkir, Molla Vəli Vidadi və Xəqani Şirvani küçələri, eləcə də Posanlı yaşayış massivinin Şahdağ küçəsi yer alır.
Qeyd edək ki, avtomobil yollarının təmiri rayon sakinlərinin gündəlik hərəkətinin rahatlaşdırılması, nəqliyyat vasitələrinin təhlükəsizliyinin artırılması və yaşayış məntəqələri arasında gediş-gəlişin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.