Bu gün, 10:48 141

Azercell-in eksklüziv tərəfdaşlığı ilə keçən sammitlər çərçivəsində oyun sənayesinin inkişafı və süni intellektin praktiki tətbiqi diqqət mərkəzində olub

Azercell-in eksklüziv tərəfdaşlığı ilə Bakıda keçirilən "Gamesummit" və "OMNI AI Summit" beynəlxalq texnologiya şirkətlərinin nümayəndələrini, ekspertləri və sahibkarları bir araya gətirib. Sammitlərdə xüsusi stendlə təmsil olunan Azercell ziyarətçiləri rəqəmsal məhsullar portfeli çərçivəsində yeni təqdim etdiyi oyun xidmətləri ilə tanış edib.

Ümumilikdə 4 000-dən çox ziyarətçinin qatıldığı tədbirlərdə 30-dan artıq şirkət təmsil olunub. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə oyun sənayesinin gələcəyi, texnologiya sahəsində aktual tendensiyalar və süni intellekt həllərinin biznes proseslərində tətbiqi müzakirə edilib.

Tədbirin açılışında çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova oyun xidmətləri və süni intellektin şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb: "Bu gün Azercell-in hədəfi ənənəvi rabitə xidmətləri ilə yanaşı, müştərilərə yeni imkanlar qazandıran innovativ rəqəmsal həllər təqdim etməkdir. Süni intellekt və oyun xidmətləri bu strategiyanın mühüm istiqamətlərindəndir. Məqsədimiz müştəri təcrübəsini zənginləşdirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməkdir".

Azercell-in Rəqəmsal əlavə dəyər xidmətləri və tərəfdaşlıqlar şöbəsinin rəhbəri Nərgiz Tağızadə Xsolla, Burson, Recontact Games və Meridian Play şirkətlərinin nümayəndələri ilə birgə "İllüziyadan reallığa: oyun studiyaları üçün qlobal genişlənmə və dayanıqlı böyümə strategiyaları" adlı panel müzakirəsində iştirak edib. O, oyun tərtibatçıları və müstəqil studiyaların Azərbaycan bazarına çıxışında Azercell-in təqdim edə biləcəyi dəstək və tərəfdaşlıq imkanlarından danışıb, oyunların yerli dilə, mədəniyyətə və istifadəçi gözləntilərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nərgiz Tağızadə həmçinin Azercell-in 2026-cı ildən istifadəyə verdiyi oyun həlləri portfeli barədə məlumat paylaşıb. Bu çərçivədə o, ölkədə mobil balans vasitəsilə Steam hesabının artırılması imkanını təqdim edən ilk və yeganə operator olaraq Azercell-in təcrübəsindən, eləcə də Azercell tətbiqində istifadəyə verilən "Oyun Portalından" danışıb.

Qeyd edək ki, "OMNI AI Summit" çərçivəsində "Starnest Academy AI Hakatonu" da keçirilib. 500-dən çox iştirakçını bir araya gətirən hakatonda 250 komanda süni intellekt əsaslı məhsul və həllər üzərində çalışıb. Yarış süni intellektin praktiki tətbiqini təşviq etmək və yeni texnoloji ideyaların inkişafına imkan yaratmaq məqsədilə təşkil olunub.

Paylaş

Xəbər lenti

İstanbulda bələdiyyə ilə bağlı korrupsiyada 68 nəfər SAXLANILDI Bu gün, 10:48 Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir Bu gün, 10:48 Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş... Bu gün, 10:48 İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir Bu gün, 10:48 Bakıda dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜSÜ - Skuterçi öldü Bu gün, 10:48 Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub Bu gün, 10:48 Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır Bu gün, 10:48 Azeri Light neftinin qiyməti 127,6 dollara yüksəldi Bu gün, 10:48 İlham Əliyev: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər Bu gün, 10:48 Bakıda 10 hektar ərazidə yeni PARK SALINIR Bu gün, 10:48 Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir Bu gün, 10:48 ADSEA-nın sabiq yüksəkvəzifəli məmuruna 3 milyon manatlıq ittiham Bu gün, 10:48 Frank Riberi Harri Keynin "Qızıl top" qələbəsinə münasibət bildirdi Bu gün, 10:48 Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər Bu gün, 10:48 "Gamesummit" və "OMNI AI Summit" 4000-dən çox ziyarətçini ətrafında topladı Bu gün, 10:48 Göyçayda ilan sancan şəxs məmur imiş Bu gün, 09:48 İsraildə parlament seçkiləri keçirilir: Netanyahu ilə müxalifət üz-üzə Bu gün, 09:48 Baş Prokurorluq: Bakıda törədilən silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib Bu gün, 09:48 "Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur Bu gün, 09:48 Bu gün 3 rayonda işıq olmayacaq Bu gün, 09:48 Görkəmli bəstəkar Asəf Zeynallının vəfatından 94 il ötür Bu gün, 09:48 Harri Keyn "Qızıl top"un sahibi oldu Bu gün, 08:48 Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq Bu gün, 08:48 Bakıda bir neçə yol bağlanır - Səbəbi açıqlandı Bu gün, 08:48 Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq Bu gün, 08:48 Tovuzda bıçaqlanaraq qətlə yetirilən şəxs qazi imiş: Hadisənin təfərrüatı Bu gün, 08:48 "Həzi Aslanov" metrosu ilə bağlı mühüm YENİLİK Bu gün, 08:48 Azərbaycana girişi qadağan edilən türkiyəli jurnalist İstanbulda saxlanıldı Bu gün, 08:48 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı Bu gün, 08:48 İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR