
Türkiyənin İstanbul şəhərində Bakırköy Bələdiyyəsində tenderlərdə qanun pozuntuları və sahibkarlardan rüşvət tələb edilməsi iddiaları araşdırılır. İş üzrə 68 nəfərin saxlanılması barədə qərar verilib.
BAKU.WS xəbər verir ki, şübhəlilər arasında bələdiyyə sədrinin müavinləri, məclis üzvləri, qurumun əməkdaşları və şirkət nümayəndələri var.
İstintaq çərçivəsində 2024–2026-cı illərdə keçirilmiş 42 tender sənədi araşdırılıb. Həmçinin iş yeri lisenziyası almaq istəyən sahibkarlardan qanunsuz pul tələb edildiyi və ödəniş etməyənlərin sənədləşmə prosesinin qəsdən uzadıldığı iddia olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.