
Babək prospektində, "City Mall" yaxınlığında hər iki istiqamətdə işıqforların sıradan çıxması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
BAKU.WS xəbər verir ki, mövcud vəziyyət yolda sıxlığın artmasına səbəb olub.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qeyd olunan ünvanda svetoforların fəaliyyətində yaranmış problem texniki nasazlıqla deyil, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar olmuşdur.
Hazırda elektrik enerjisinin verilişi bərpa edilib və svetoforlar normal fəaliyyət göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.