Bu gün, 15:49 74

Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir Ceyhun Bayramov çıxışında ilk növbədə 29 Oktyabr - Respublika Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edib.

Nazir beynəlxalq münasibətlər sistemində mövcud ziddiyyətlərin, davam edən münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklərin dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib.

Bu şəraitdə qarşılıqlı etimad, ortaq maraqlar və həmrəyliyə əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə görüşündən sonra Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi həmrəyliyin gücləndirilməsi, institusional effektivliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi və TDT-nin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. Bu çərçivədə üzv və müşahidəçi dövlətlərlə, eləcə də Təşkilatın Katibliyi ilə sıx əməkdaşlıq şəraitində müxtəlif səviyyələrdə çoxsaylı görüş və məsləhətləşmələrin keçirildiyi qeyd olunub.

Təhlükəsizlik sahəsində siyasi dialoqun və milli qurumlar arasında koordinasiyanın gücləndirilməsi, Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin iclasının keçirilməsi, müdafiə sənayesində birgə istehsal və texnoloji əməkdaşlığı nəzərdə tutan 2027-ci il üzrə Yol Xəritəsinin qəbul edilməsi sədrliyimizin mühüm nəticələri qismində vurğulanıb. Eyni zamanda, ticarət, investisiyalar, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Sədrliyimiz dövründə humanitar əməkdaşlıq, ortaq tarixi və mədəni irsin qorunması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi də əsas prioritetlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bu çərçivədə, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün və Bakıda TDT üzv dövlətlərinin Müsəlman Dini İdarələri Başçıları Şurasının VII iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov 2026-cı il ərzində xarici işlər nazirləri arasında dörd qeyri-rəsmi görüşün keçirilməsini siyasi dialoqun davamlılığının və regional və beynəlxalq məsələlər üzrə mövqelərin əlaqələndirilməsinin mühüm göstəricisi kimi dəyərləndirib. Misal olaraq, İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul edilmiş Birgə Bəyanatda Azərbaycan və Türkiyənin təhlükəsizliyinə qarşı təhdidlər fonunda həmrəyliyin ifadə olunduğu, Nyu-York görüşündə isə Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində birgə diplomatik səylərin davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilib. TDT-nin birgə bəyanatlarının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması praktikasının başlanması həmçinin qeyd olunub.

Qəbələ Zirvə görüşündə təsis edilmiş TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Gələcəkdə mövcud mexanizmlərdən səmərəli istifadə edilməsinin, qəbul olunmuş qərarların icrasının təmin edilməsinin, milli qurumların fəaliyyətinin və Təşkilatın Katibliyinin monitorinq-koordinasiya rolunun gücləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov çıxışının sonunda Azərbaycan sədrliyi dövründə göstərilən dəstək və fəal iştiraklarına görə üzv və müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə təşəkkürünü bildirib, Türkiyənin qarşıdan gələn sədrliyi dövründə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib və Türkiyə tərəfinə uğurlar arzulayıb.

Paylaş

Xəbər lenti

Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48 Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 15:49 Bu tarixdə ABŞ-də televiziya yayımı dayandırılacaq, Avropada isə əhaliyə xəbərdarlıq edildi Bu gün, 15:49 Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB Bu gün, 15:49 6 gün sonra 86 yaşı tamam olacaqdı - Vəfat etdi Bu gün, 15:48 PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb Bu gün, 15:48 Bakı-Şamaxı yolunda asfalt niyə dağılır? - SƏBƏBİ AÇIQLANDI Bu gün, 15:48 Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib Bu gün, 15:48 Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub Bu gün, 14:48 Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır? Bu gün, 14:48 Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu Bu gün, 14:48 Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - qəza şəraiti yaratdı Bu gün, 14:48 Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib Bu gün, 14:48 Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır" Bu gün, 14:48 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib Bu gün, 14:48 Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı Bu gün, 13:48 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq? Bu gün, 13:48 Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar Bu gün, 13:48 Energetika Nazirliyi və SOCAR "Energy & AI" hakatonu təşkil edir Bu gün, 13:48 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi Bu gün, 13:48 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi Bu gün, 13:48 Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan" Bu gün, 13:48 AMB: Bu il 1 barel neftin qiyməti 92,8 dollar olacaq Bu gün, 13:48 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur Bu gün, 13:48 Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir Bu gün, 13:48 Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb Bu gün, 12:49 Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də... Bu gün, 12:49 Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub Bu gün, 12:48 "SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib Bu gün, 12:48 Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər? Bu gün, 12:48 TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı Bu gün, 12:48 Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb Bu gün, 12:48 Sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşə bilər - HAVA PROQNOZU Bu gün, 12:48 Professor Adilə Abbasova vəfat edib Bu gün, 12:48 14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi Bu gün, 11:48 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı Bu gün, 11:48 İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur Bu gün, 11:48 Ceyhun Bayramov Türkiyəyə səfər edib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR