
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır
Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası istiqamətində hərəkət edən M6 nömrəli avtobusun gecikməsi və dayanacaqda yaranan vəziyyət sərnişinlərin narazılığına səbəb olub.
AVESTA.AZ-in "qaynar xətti"nə müraciət edən vətəndaşın sözlərinə görə, problem uzun müddətdir davam edir.
İddia olunur ki, xüsusilə səhər saatlarında M6 nömrəli avtobusu gözləyənlərin sayı artır, lakin avtobuslar 40-50 dəqiqə intervalla gəlir. Bu isə dərsə və işə tələsən insanların vaxt itkisi ilə üzləşməsinə səbəb olur.
Diqqət çəkdiyi digər məqam isə dayanacaqda M4 nömrəli avtobusların ardıcıl şəkildə dayanmasıdır. M6 üçün nəzərdə tutulan dayanacaqda bir neçə M4 avtobusu dayanır və nəticədə ikinci M6 avtobusu gəlsə belə, onun dayanması üçün yer qalmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.