
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadəsinin şirniyyata meyli artıra biləcəyini bildirirlər.
AVESTA.AZ xəbər verir ki, bu barədə kardioloq, tibb elmləri doktoru Natalya Qavrilova "Lenta.ru"ya açıqlamasında deyib.
Həkimin sözlərinə görə, sağlamlıq üçün əsas məsələ ideal şirinləşdirici seçmək deyil, ümumi qidalanmada şəkərin və kalorinin miqdarını azaltmaqdır. Həm şəkərin, həm də süni şirinləşdiricilərin tez-tez qəbulu insanın şirin dada olan istəyini gücləndirə və sağlam qidalanma vərdişlərinin formalaşmasına mane ola bilər.
Qavrilova şəkər əvəzedicilərindən istifadə zəruridirsə, onların daimi qida rasionunun deyil, müvəqqəti vasitənin bir hissəsi olmasını tövsiyə edib. Onun fikrincə, bu məhsullardan az miqdarda və nadir hallarda istifadə etmək daha məqsədəuyğundur.
Həkim həmçinin qidalanmanın ümumi balansına, kaloriyə, fastfud istehlakına və diabet kimi xroniki xəstəliklərin mövcudluğuna diqqət yetirməyin vacibliyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.