
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Serbiyanın Belqrad şəhərində keçirilən "Serbia Open 2026" beynəlxalq turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar.
Bu barədə BAKU.WS-ə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Kişilər arasında Qaşim Maqomedov (63 kq) qızıl medala sahib çıxıb. Qadınların mübarizəsində isə Minayə Əkbərova (46 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.