
UFC-nin sabiq çempionu, nigeriyalı döyüşçü Kamara Usman avstraliyalı Aleksandr Volkanovskinin MMA tarixindəki yeri ilə bağlı fikirlərini bölüşüb. O, Volkanovskini yarım yüngül çəki dərəcəsinin (65 kq-a qədər) ən yaxşı idmançısı hesab etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, Usman bu barədə "Pound 4 Pound with Kamaru & Henry" podkastında danışıb.
Sabiq çempionun sözlərinə görə, Volkanovskinin rusiyalı Movsar Yevloyevlə qarşılaşmada nümayiş etdirdiyi performans onun barəsindəki fikirlərini dəyişib.
Usman avstraliyalı döyüşçünün tarixdə bu çəki dərəcəsində çıxış edən idmançılar arasında böyük üstünlüklə seçildiyini vurğulayıb. O, Volkanovskinin ən çox qiymətləndirilməyən döyüşçülərdən biri olduğunu da qeyd edib.
"Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür və bu baxımdan digərlərini xeyli qabaqlayır. O, mənim indiyədək ən az dəyər verdiyim döyüşçülərdən biri olub. Movsar Yevloyevə qarşı döyüşdə necə meydana çıxdığını və rəqibinə təzyiq göstərdiyini gördükdən sonra onun haqqında artıq mənfi heç nə deyə bilmərəm", – deyə Usman bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.