
Bakıda sürücülər piyada keçidindəki maneələri sındıraraq avtomobillərini park edirlər.
Bu barədə görüntülər AVESTA.AZ-ə daxil olub.
Atatürk parkından Ayna Sultanova parkına çıxış hissəsində piyada keçidi sürücülər tərəfindən zəbt edilib.
Ərazidə avtomobillərin park edilməsindən sonra çoxsaylı şikayətlər əsasında keçidə maneələr qoyulsa da, sürücülər həmin maneələri bilərəkdən sındırıblar. Nəticədə, avtomobillər yenidən piyada keçidində park edilir.
Mövcud vəziyyət piyadaların hərəkətini çətinləşdirir. Ərazidən uşaq arabası ilə keçmək istəyən sakinlər belə, avtomobillərə görə başqa yol axtarmağa məcbur olurlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.