
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən danışıqlarda genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Ukrayna xidməti Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, əsirlərin dəyişdirilməsi yaxın gələcəkdə baş tuta bilər.
Qeyd edək ki, noyabrın 10-da Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Dörd saatdan çox davam edən görüşlərin noyabrın 11-də davam etdirilməsi planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.