
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı görüş "Sabah"ın qalibiyyəti ilə bitib - 91:72.
Xatırladaq ki, Azərbaycan təmsilçisi III turda Fransanın "Nanter 92" klubunu məğlub edib - 87:80. Azərbaycan çempionu I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.