
Masallı rayonunun Ərkivan qəsəbəsində “Toyota” markalı minik avtomobillə “KamAZ” yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb:
“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.