Bu gün, 11:48 75

Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat:

Ötən gün Milli Məclisdə deputat Hikmət Babaoğlunun rus dilində təhsil alan şagirdlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə yol açıb.

AVESTA.AZ xəbər verir ki, deputatın Azərbaycanda 157 min şagirdin rus bölməsində təhsil almasına və bu xərclərin dövlət tərəfindən qarşılanmasına münasibəti birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdəki müzakirələrdə övladları rus bölməsində təhsil alan valideynlər fəallıq nümayiş etdiriblər. Onlar təhsil xərcləri dövlət tərəfindən qarşılanmayacağı təqdirdə həmin 157 min şagirdin gələcək taleyinin necə olacağını düşünürlər.

Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" Sosial Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir"

"Deputat məsələnin bu tərəfini niyə şərh etməyib", - deyə sual ünvanlayıblar.

Oxu.Az-a açıqlamasında Hikmət Babaoğlu səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O qeyd edib ki, Azərbaycan dilinin təbliği, ictimai müstəvidə dilin dövriyyəsinin miqyasının genişləndirilməsi zəruri və aktual tələbdir:

"Azərbaycan Prezidenti Milli Elmlər Akademiyasının yubileyində çıxışı zamanı da dedi ki, milli kimliyin birinci göstəricisi dildir. Çünki demoqrafik imkanlar, əhali artımında nəzərəçarpacaq azalma dilimizin kütləvi istifadəsində və sözlərimizin leksik dövriyyəsində müəyyən məhdudiyyətlər yaradır. Bu da dilin kütləvi istifadəsinin getdikcə azalmasına gətirib çıxarır. Belə olan halda biz əlavə 157 min vətəndaşımızın, övladlarımızın Azərbaycanın kütləvi dil dövriyyəsindən kənarda qalmasını məqbul hal kimi qəbul edə bilmərik.

Hesab edirəm ki, parlamentdə səsləndirdiyim fikirlər əslində Azərbaycan Prezidentinin çağırışına cavab idi. Çünki zərurət olmasaydı, Azərbaycan Prezidenti dil məsələsini bu qədər aktuallaşdırmazdı.

Məsələnin ikinci tərəfi odur ki, əgər belə bir problem, belə bir gerçəkliyimiz varsa, bu və digər səbəblərdən onun tarixi kökü yaranıbsa, bugünkü reallıqda onun şərtləri üzə çıxırsa, deməli, o zaman dili başqa metod və üsullarla öyrətməliyik.

Dil bilmək çox gözəldir, rus dilini də, ingilis dilini də, digər dünya dillərini də öyrənməliyik və gənclərimiz üçün bu, əlavə üstünlük, çox yüksək keyfiyyətdir. Ancaq ana dilində düşünmək və anadilli olmaq üçün mütləq bu dildə təhsil almaq lazımdır. Yəni bu, pedaqoji təcrübənin mübahisəsiz qəbul etdiyi faktdır. Ona görə düşünürəm ki, rus dilində dövlət hesabına oxumağı seçmiş vətəndaşlarımız üçün ilkin mərhələdə bunu qismən ödənişli, sonrakı mərhələdə isə tamamilə ödənişli sektora çevirə bilərik. Əgər hər hansı bir ailə övladının rus dilində təhsil almasında israr edirsə, buyursun, yeni şərtlərdə bu təhsili təmin etsin. Əgər hansısa ümumi ictimai əhval-ruhiyyə kontekstində "mənim övladım da rusca oxusun" prinsipi ilə yanaşırsa, o zaman artıq məsələ başqa formatda həll olunar və şübhəsiz ki, valideynlər bundan imtina edəcəklər".

Deputatın fikrincə, dilin leksik dövriyyə tezliyi beləliklə artacaq:

"Yəni əlavə 157 min insan leksik fondumuzun yeni dövriyyəsinə daxil olacaq. Bu isə dili zənginləşdirəcək. Ona görə düşünürəm ki, mərhələlərlə bu cür problemləri həll etməliyik. Ayrılıqda isə hər hansı bir başqa dildə bu qədər kütləvi təhsilin xüsusən də dövlət hesabına olması ümumi ictimai maraqlarımız üçün də müəyyən təhdidlər yarada bilər. Dil və təhlükəsizlik mütəxəssisləri bu təhdidlərin nədən ibarət olduğunu yaxşı anlayırlar".

Paylaş

Xəbər lenti

22 yaşlı futbolçu matç zamanı həyatını itirdi Bu gün, 11:48 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" Bu gün, 11:48 Dərsliklərin ictimai müzakirəsində iştirak zəifdir: Nazirlik rəqəmləri açıqladı Bu gün, 11:48 Conni Depp Baham adalarındakı 1940-ci ildən qalma evində neyniyir? Bu gün, 11:48 Mətanət Əsədova: "Bir yanlışım olub ki, müğənni olmuşam" Bu gün, 11:48 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 11:48 "SOCAR PETROLEUM" və "KFC Azerbaijan" YDM-lərdə restoran şəbəkəsini genişləndirir Bu gün, 11:48 Nurmaqomedov azadlığa buraxıldı – məhkəmə qərarı dəyişdi Bu gün, 11:48 Həbib Nurmaqomedov BƏƏ-də görüntüləndi - Komanda üzvlərini buraxdırmağa gedibmiş Bu gün, 10:48 Bakının üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib Bu gün, 10:48 Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim edib Bu gün, 10:48 Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar Bu gün, 10:48 Azərbaycanda qeyri-neft ixracına dəstək veriləcək Bu gün, 10:48 Məşhur aktyor xəstəxənaya yerləşdirildi - Bu gecə əməliyyat olunacaq Bu gün, 10:48 Bakıda avtomobil motosikletçini vuraraq öldürüb Bu gün, 10:48 Azərbaycanlı aktrisanı məcbur işdən çıxarıblar: "Dedilər ki, ərizəni yaz..." Bu gün, 10:48 Siyəzəndə avtomobil "Kamaz"la toqquşub, bir nəfər ölüb Bu gün, 10:48 Azərbaycanda 9 ayda 500 nəfər yol qəzasında ölüb – STATİSTİKA Bu gün, 10:48 Brilliant Dadaşova: "18 yaşında atamın evini təmir etdirmişəm" Bu gün, 10:48 Bakıda sərxoş kişi əvvəl maşını mağazaya çırpdı, sonra qadını yumruqladı Bu gün, 09:48 Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib Bu gün, 09:48 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 4 dollara yaxın ucuzlaşıb Bu gün, 09:48 "Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb Bu gün, 08:48 Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb Bu gün, 08:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar Bu gün, 08:48 Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb Bu gün, 08:48 Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR